XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2015 - 08:36

İxraca dair təkliflərə baxılır- Gömrük prosedurları sadələşəcək

nazirler-kabinetiiiiiiiiii.jpg

İqtisadiyyat və Sənaye Nazirliyi ixracın stimullaşdırılmasına dair təklifləri Nazirlər Kabinetinə təqdim edib. Bu barədə iqtisadiyyat və Sənaye nazirinin müavini Sahib Məmmədov məlumat verib.

“İxracın stimullaşdırılmasına dair təkliflər Nazirlər Kabinetinə təqdim olunub. Bura stimullaşdırma üçün maliyyə şərtləri, logistika, infrastrukturun yaxşılaşdırılması, xarici bazarlara çıxış üçün yardım daxildir”, – deyə S.Məmmədov AzTV dövlət telekanalında efirə gedən “Günün nəbzi” verilişində bildirib.

Onun sözlərinə görə, həmçinin Dövlət Gömrük Komitəsi ilə birgə ixrac fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin yüklərinin gömrük sənədləşdirilməsi zamanı zəruri sənədlərin sayının azaldılmasını nəzərdə tutan təkliflər hazırlanıb. “Hazırda həmin təkliflər müzakirə mərhələsindədir”, – deyə o əlavə edib.

İnterfaks-Azərbaycan