XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

23 Dekabr 2015 - 10:19

Putin müflisləşəcək – Oliqarxlara milyardlarla borcu var

putin-vladimr-111.jpg

çar Putin Moskvada sərvət yaradır və məhv edir. Lakin onun yıxdığı bəzi oliqarxlar bununla elə-belə barışmağa hazırlaşmırlar. Onlar xaricdə gizlənib və on milyardlarla kompensasiya tələb edirlər (bəzən buna nail olurlar).

Vladmir Putini onsuz da neft qiymətlərinin çöküşü və beynəlxalq sanksiyalara görə müflisləşmə gözləyir, lakin ola bilsin, tezliklə yenə də kisəsinin ağzını açmalı olacaq. 2014-cü ilin iyununda Mixail Xodorkovskinin neft şirkəti YUKOS-un işi üzrə Moskvanı 50 milyard dollar ödəməyə məhkum etdilər. İndi isə Moskva çarın qəzəbinə gəlmiş oliqarx Sergey Puqaçova kompensasiya ödəməli olacaq.

Putinin keçmiş dostu Sergey Puqaçov rejimin tənqidçisi oldu, ind isə Rusiyanı onun əmlakını oğurlamaqda ittiham edərək Haaqa Beynəlxalq Arbitraj məhkəməsində ondan 12 milyad dollar almağa çalışır.

Tuvanın keçmiş senatoru Sergey Puqaçov Rusiyada əsl imperiya yaratmışdı. O, 1992-ci ildə 2000-ci illərdə ölkənin əsas banklarından biri olmuş “Межпромбанк”-ı təsis etdi. 2010-cu ilədək ona məxsus bir neçə gəmiqayırma zavodunu və kömür müəssisəsini əhatə edən “ОПК” şirkətinin inkişafı ilə məşğul oldu. O, həmçinin Fransaya yatırımlar qoydu. 2007-ci ildə “Hédiard” qastronomik mağazalar şəbəkəsini aldı, 2009-cu ildə isə oğlu Aleksandrı “France Soir” qəzetinin başına keçirdi.

Bununla belə, Puqaçovlar tənəzzülə uğrayan iki müəssisəni ayaqüstə qoya bilmədilər. Puqaçov Nissada əzəmətli villada (2009-cu ildən onda Fransa pasportu var) sakitcə izah edir: “Rusiya dövlətinin mənim aktivlərimi qanunsuz şəkildə müsadirə etdiyi haqda əlimdə bütün sənədlər var”.

O, Böyük Britaniyada təhlükə hiss edib (maşınının altında partladıcı qurğu tapıldı) iyulda Fransaya köçüb. Onu qorxutmaq üçün bütün cəhdlərə baxmayaraq, təslim olmağa hazırlaşmır. O, haqlı olduğuna əmindir.

“Pravoslav oliqarx”ı fırıldaq və vəsaitlərin oğurlanması, həmçinin “Межпромбанк”-ın 2010-cu ildə müflisləşməsindəki maxinasiyalara görə, Rusiyada axtarışa veriblər. Onun xaricdəki aktivləri dondurulub.

Rusiyalı milyarder iddia edir: “Rusiyanın mənə qarşı arqumenti yoxdur”. Hər necə olsa da, anlayır – Moskva hər şeyi edəcək ki, hökm çıxarılacağı halda ödəniş etməsin: “Bütün önləyici tədbirləri görəcəyik, ödəniş zəmanəti əldə etmək üçün bütün dünya üzrə Rusiya aktivlərinin dondurulmasına nail olacağıq”.

Rusiya YUKOS-un işi üzrə 50 milyard dollar cəriməni hələ də ödəməyib. Buna görə də şirkətin vəkilləri ziyana kompensasiya qismində Rusiya əmlakının həbs edilməsinə cəhd edirlər. Haaqa Məhkəməsinin qərarı bir sıra dövlətləri, o cümlədən Fransa və Belçikanı Rusya əmlakına həbs qoymağa məcbur edərkən, Vladimir Putin ton verdi: “Biz öz maraqlarımızı müdafiə edəcəyik… Biz bu məhkəmə instansyasının yurisdiksiyasını tanımırıq”.

Oliqarx gülümsəyir: “Rusiyada o qədər narahat olurlar ki, xaricdəki mülklərinin qorunması haqda qanun qəbul ediblər. Moskvada hamı bunu “Puqaçov qanunu” adlandırır”.

2016-cı ilin yanvarından qüvvəyə minəsi qanundan aydın olur ki, xarici dövlətin və onun aktivlərinin hüquqi immuniteti cavab prinsipi ilə məhdudlaşdırıla bilər. Yəni Moskva Rusiya Federasiyasının xaricdəki əmlakının həbsinə reaksiya verə bilər. Lakin avtomatik addımlar olmayacaq. Məhkəmə hər bir konkret hadisə üzrə qərar çıxartmalı olacaq.

Strasburqda dəfələrlə ittihamdan sonra Rusiya İnsan Haqları üzrə Avropa məhkəməsinin (İHAM) yurisdiksiyasından çıxmaq niyyətindədir. Duma bu günlərdə Rusiyanın Konstitusiya Məhkəməsini İHAM-dən uca tutan qanun qəbul edib. İHAM Avropa insan haqları Konvensiyasını imzalamış bütün dövlətləri ona riayət etməyə çağıran beynəlxalq qurumdur (Rusiya bu sənədi 1998-ci ildə imzalayıb). Məsələ burasındadır ki, İHAM 2014-cü ildə Rusiyanı YUKOS-un səhmdarlarına 1,9 milyard dollar ödəməyə məcbur edib.

Başqa sözlə, Moskva hüquqi maneələr yaradır. Lakin orada Puqaçovun işində rəsmən heç nədən qorxmurlar.

“Məhkləməyə verib, hə, nə olsun?Maliyyə nazirinin müavini Sergey Storçak çiyinlərini qısır. – Ona iddia qaldırmağı qadağan edəcəyik? Qoy versin, araşdırarıq. Mən heç bir risk görmürəm. Büdcə, maliyyə sistemi, hüquq sistemi üçün heç bir risk görmürəm. Düşünürəm ki, Puqaçovun şansı azdır”.

 

Diplomatik binalara həbs

 

Rusiya hələlik fransız hüquqşünasların köməyi ilə YUKOS-un ondan 50 milyard dollar almaq cəhdlərini dayandırmağa və şirkətin keçmiş səhmdarlarının tələbi üzrə aktivlərin həbs edilməsi haqda qərara etiraz etməyə nail olub. Bununla belə, Rusiyanın vəkili Andrea Pinna qeyd edir ki, səkkiz, ya doqquz diplomatik bina (əksəriyyəti Parisdədir) artıq çıxarılmış qərar əsasında həbs edilib. “TASS” informasiya agentliyinin Fransa təmsilçiliyinin Parisdəki binası bu siyahıya düşüb. Andrea Pinna izah izah edir: “Hər necə olsa da, görülən tədbirlər Rusiya Federasiyasına bu binalardan istifadə etməkdə mane olmur. Təkcə onların satışı qadağan edilib, lakin Rusiyanın bu cür niyyəti də yox idi”.

YUKOS-un keçmiş səhmdarlarının iddiası hazırda Fransadan başqa Almaniya, ABŞ və Böyük Britaniyanın məhkəmələrində nəzərdən keçirilir.

Rusiya hökuməti RF-nin xaricdəki aktivləri haqda məlumatların dərcini dayandırıb. “Росимуществo”-nun rəhbərinin müavini Aleksey çubar bildirir: “Milli təhlükəsizlik, o cümlədən bir sıra ölkələrin düşmənçilik siyasəti ilə əlaqədar olaraq xaricdə yerləşən federal əmlak haqda məlumatlar “Росимуществo”-nun internet saytında yerləşdirilmir. Elə bu əsasa görə KİV-in sorğusu ilə bu məlumatların təqdim edilməsi arzuedilməz sayılır”.

Əgər Rusiya haqlı oldğuna bu qədər əmindirsə, güman etmirəm ki, nə iləsə risk etsin. Lakin ehtiyatlılıq heç vaxt ziyan vurmur.

 

Jan-Batist Node

L'OBS (Fransa), 22.12.2015