XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2015 - 11:31

Prezident monopoliyanın ləğvi anonsunu verdi: “Gömrük və vergi sistemində maksimum şəffaflıq təmin ediləcək”

prezident-idman.jpg

Azərbaycan hökumətinin qarşısında makroiqtisadi sabitliyin təmin edilməsi, inflasiyanın minimal səviyyədə olması, ölkədə istehsal olunan ərzaq məhsullarının və tikinti materiallarının yanacağın qiymətlərinin sabit saxlanılması ilə bağlı vəzifələr qoyulub.

Report.az-ın xəbərinə görə, bunu prezident İlham Əliyev 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimindəki çıxışında deyib.

“çalışacağıq ki, qaçılmaz qərarın fəsadlarını azaldaq. Süni bahalaşmaya yol verənlərə, möhtəkirliklə məşğul olanlara qarşı cəza tədbirləri görüləcək. ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, lisenziyalarla bağlı ciddi qərarlar qəbul olunub. İqtisadi-maliyyə sektorunda daha ciddi islahatlar aparılacaq. İnhisarçılığa qarşı mübarizə tədbirləri görüləcək. Gömrük və vergi sistemində maksimum şəffaflıq təmin ediləcək”, – deyə dövlət başçısı əlavə edib.