XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2015 - 16:51

“Bu formada dirəniş ölkəmiz üçün faydalı olmayacaq” – Fazil Mustafa ABŞ-a qarşı sənədi şərh etdi

“Bu, bir təşəbbüsdür, ciddi müzakirəsinə ehtiyac var. ABŞ-la savaş Azərbaycana nə vəd edir və perspektiv olaraq biz tamamilə Rusiyanın istədiyi kursa yönəlirik, yoxsa müstəqil kursu davam etdiririk, bu sualları ilk öncə cavablandırmaq lazımdır”.

Strateq.az xəbər verir ki, bunu Sputnik-ə millət vəkili Fazil Mustafa Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayevin Milli Məclisə təqdim etdiyi “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsini şərh edərkən deyib.

Fazil Mustafa ABŞ-a qarşı bu formada addımları faydalı hesab etmədiyini bildirib. “Hər halda bu formada dirənişin ölkəmiz üçün faydalı olacağını düşünmürəm və daha fərqli, orta məxrəcə gətirən yolların tapılmasının vacibliyini düşünürəm”.