XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

24 Dekabr 2015 - 07:43

Devalvasiya “Çudo Peçka”nı “vurdu”: Mağazası bağlandı – FOTOLAR

cudo02.jpg

Azərbaycanda manatın məzənnəsinin kəskin ucuzlaşması biznes dairələrində artıq özünün ilkin əlamətlərini göstərir.

Strateq.az bildirir ki, sonuncu devalvasiyanın gətirdiyi böhran Bakıda tanınmış brend olan “çudo Peçka” mağazalar şəbəkəsindən də yan ötməyib.

Devalvasiyanın ikinci günü “çudo Peçka”nın Azərbaycan prospekti 5 (DİN yaxınlığında) ünvanında yerləşən böyük mağazası bağlanıb.

Fotodan aydın görünür ki, mağaza qətiyyən bağlanmağa hazırlaşmırmış. Mağazanın yeni il bayramına görə bəzədilməsi onu göstərir ki, manatın qəfil ucuzlaşması mağaza rəhbərliyi üçün obyekti bağlamaqdan ayrı seçim qoymayıb.

Strateq.az

 

cudo03.jpg