XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

24 Dekabr 2015 - 08:16

Neftin qiyməti ilə bağlı qorxulu proqnoz – 16 dollar

«Royal Bank of Scotland»ın baş iqtisadçısı Endryu Roberts neftin qiyməti ilə bağlı qorxulu proqonoz verib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir, E.Roberts 2016-cı ilin 2015-dən daha ağır il olacağını və neftin bir barrelinin qiymətinin əvvəlcə 26, daha sonra 16 dollara qədər düşəcəyini bildirib.

İqtisadçının sözlərinə görə, buna səbəb 2015-ci ildə dünya iqtisadiyyatına təzyiq göstərən bir sıra faktorlardır: «Kreditləşmənin yüksək səviyyəsi, ticarətin azalması, pul-kredit siyasətinin sərtləşməsi və bu kimi amillər vəziyyəti mürəkkəbləşdirib. Bu faktorların mənfi təsirini 2016-cı ildə daha çox hiss edəcəyik. Ən pis sürpriz isə neftlə bağlı olacaq. Bir barrelin qiyməti 16 dollara qədər düşəcək».