XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

24 Dekabr 2015 - 19:09

Dollarla krediti olanlara güzəşt olacaq?! – Banklardan açıqlamalar (VİDEO)

ölkəmizdə baş verən sonuncu devalvasiya banklardan dollarla kredit götürənləri çətin vəziyyətə salib. İndi vətəndaşlar  götürdükləri puldan 47%  daha çox pul ödəməli olublar.

Bununla belə, banklardan dollarla kredit götürənlərə xoş xəbər də var. Bəzi banklar müştərilərinin krediti daha aşağı  məzənnə ilə qaytarması üçün iş aparır. Dollarla krediti olan müştərilərə şad xəbər bank rəsmilərindən gəldi.  Belə ki, banklar müştəriləri üçün müxtəlif islahatlar aparmaqı planlaşdırır.

Məsələn, «VTB Azərbaycan» bankının sədri müştərilərin ödəmə qabiliyyətini nəzərə alan təkliflər üzərində işlədiklərini deyib.

Sorğumuza cavab verən «Unibank» və «NBC» bankda dollarla kredit verdikləri müştəriləri üçün islahatlara hazırlaşdıqlarını və yaxın günlərdə bunun açıqlanacağını bildirir.

İqtisadçılar isə müştərilərin ödənişini rahatlaşdırmaq üçün bir sıra üsulların olduğunu bildirir.

Mütəxəssislər bankların onsuzda verdikləri kreditlərin kifayət qədər pul qazandıqını və bu şəraitdə vətəndaşlara güzəştə getməli olduğunu bildirir(XezerTV).