XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

25 Dekabr 2015 - 08:54

Azərbaycanda ixrac necə stimullaşdırılacaq? – Təhlil

iqtisadi-bohran-6.jpg

Bu günlərdə Sənaye və İqtisadiyyat Nazirliyinin Azərbaycanda ixracın stimullaşdırılması ilə bağlı  Nazirlər Kabinetinə təkliflər təqdim etdiyi ilə bağlı məlumat verildi. Prezident İlham Əliyev isə iki gün əvvəl “gömrük və vergi prosedurları şəffaf olmalıdır” dedi və bu sektorlarda islahatların anonsunu verdi.

Statistk məlumatların təhlili göstərir ki, Azərbaycanda qeyri-neft məhsullarının ixracı 2 milyard dollardan çoxdur.  Eyni zamanda Azərbaycan 70% idxaldan asılıdır. Neft gəlirlərinin  azalması fonunda, hazırda bu, ölkə üçün çox ciddi problemə çevrilib və əgər neftin 1 barrelinin qiyməti 30 dollardan aşağı düşərsə və bu proses uzun müddət davam edərsə ölkə üçün ən piss ssenarilərin reallaşması qaçılmaz olacaq.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən,  2015-ci ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsinin həcmi 17205,9 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 9765,0 milyon dollarını və ya 56,8 faizini ölkədən ixrac olunmuş məhsullar, 7440,9 milyon dollarını (43,2 faizini) isə idxal məhsulları təşkil edib, ixracın idxalı üstələməsi nəticəsində 2324,1 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2014-cü ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 4,3 faiz, o cümlədən ixrac 6,0 faiz azalmış, idxal isə 0,3 faiz artmışdır.

Yanvar-oktyabr aylarında qeyri-neft məhsullarının ixracı əvvəlki ilin eyni dövrünün göstəricisini 3,7 faiz üstələyərək 1324,9 milyon dollar təşkil etmişdir. 

Xam neft, neft məsulları, təbii qazdan sonra Azərbaycanda daha çox ixrac olunan məhsullar bunlardır (ixrac həcminə görə ardıcıllıqla verilib): Meyvə-tərəvəz,  çay, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər,  spirtli və spirtsiz içkilər, kimya sənayesi məhsulları, plastmassa və onlardan hazırlanan məmulatlar, emal olunmamış gön (təbii xəzdən başqa) və aşılanmış dəri, qara metallar və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar.  

Misal üçün qeyd edək ki, yanvar-noyabr aylarında Gürcüstanda ixrac 2 milyardan çox olub. Nəzərə almaq lazmdır ki, bu göstərici hələ 2014-cü illə müqayisədə 23% azalıb.

Bu şərtlərdə Azərbaycandan ixracın artırılmasına dəstək verilməsi  hökumətin əsas vəzifələrindən biri kimi qarşıda durur. İxcarın stimullaşdırılması praktikası dünyanın bütün ölkələrində tətbiq olunur. Bu tədbirlərin məqsədi ölkədə istehsal olunan malların xaricə çıxarılması üçün əlverişli şərtlər təklif edilməsi, yerli biznesin rəqabət qabiliyyətinin artırılması, motivasiya tədbirləri həyata keçirilməsidir.

İxracın stimullaşdırılması monetar və qeyri-monetar üsullarla həyata keçirilir

Monetar üsullar dedikdə, ixracla məşğul olan şirkətlərin güzəştli şərtlərə kreditləşməsi həyata keçirilir.  Bu ilin əvvəlindən başlayaraq artıq Gürcüstanda ixracla məşğul olan şirkətlərin güzəştli şərtlərlə kreditləşməsini həyata keçirəcək ayrıca bankın yaradılması təklif olunub. Bir neçə gün əvvəl isə “İxracın İnkişafı Assosasoyasının” rəhbəri Qvanç Meladze bildirib ki, ixracatla məşğul olan şirkətlərə girov qoymadan kreditlər ayrılması məsələsinə baxılır.  Bu, yaxın zamanda baş tuta bilər. Hazırda konkret detalların müzakirəsi gedir. Onun sözlərinə görə, hazırda dövlət tərəfindən subsidiyalar olmadan ixracı kiafyət qədər stimullaşdırmaq mümkün olmayacaq.

İnkişaf etrmiş ölkələrdə ixracın stimullaşdırılması ilə xüsusi olaraq yaradılmış institutlar məşğul olur. ABŞ-da dövlət kapitalnın iştirak etdiyi İxrac-İdaxl Bankı, Beynəlxalq İnkişaf Agentliyi, Xaricdə özəl İnvestisiyalara Yardım  Dövlət Korporasiyası, Ticarət və İnkişaf Proqramı fəaliyyət göstərir.

Yaponiyada ixracın dəstəklənməsi ilə Cetro adlanan təşkilat məşğul olur. Hindistanda İxrac-İdaxl Bankı, Ticarətin İnkişafı Agentliyi fəaliyyət göstərir.  

Dünya praktikasında aşağıdakı üsullar tətbiq olunur:

Ucuz və güzəştli kreditlərlə yanaşı ixrac kreditləri daha az faizlərlə sığortalanır. Dövlət  məhsul alıcılarının ödəmələri həyata keçirmədiyi hallarda belə riski öz üzərinə götürür.

İxracla məşğul olan şirkətlərin investisiyalar cəlb etməsinə dövlət təminatı verilir.  

Qeyri-monetar üsullar isə müxətlif güzəştlərin verilməsidir. Xüsusən nəqliyyat və logistika sahəsində, yanacaqla təchizat, dövlət sifarişlərinin verilməsi, xüsusi gömrük rejiminin tətbiq olunması, vergilərdə güzəştlər, ƏDV-dən azad olunma.

Lizinq istifadə olunmaqla dövlət tərəfindən maşın və avadanlıqlar, texnologiyaların alınması maliyyələşdirilir.

İxracla məşğul olan şirkətlər üçün lisenziyalar ləğv olunur, yaxud onların verilməsi prosedurları sadələşdirilir.  

Dövlət tərəfindən ödənişsiz konsaltinq xidmətləri həyata keçirilir. Eyni zamanda beynəlxalq sərgilər və tədbirlərdə yerli biznesin iştirakına hərtərəfli yardım göstərilir.  Xarici ticarətlə bağlı vahid informasiya bazası yaradılır və ixracatçılara xidmət üçün təqdim olunur.

Türkiyə təcrübəsi

Türkiyədə son illər aktiv həyata keçirilən ixracın stimaullaşdırılması siyasəti öz bəhrəsini verib. 2014-cü ildə Türkiyədə ixrac göstəriciləri rekord həddə çataraq 157.6 milyard dollar təşkil edib, 2013-cü illə müqayisədə 4% artıb. Türkiyənin ixracında Avropa İttifaqı ölkələri 43.5% birinci yeri tutur. Türkiyədə İdaxl-İxrac Bankı ixracla məşğul olan şirkətlərə kredit dəstəyi verir. Ankara Azad İqtisadi Zonaların yardılmasına xüsusi əhəmiyyət verir. Hazırda ölkədə 21 Azad İqtisadi Zona fəaliyyət göstərir. Bu zonalarda işləyən şirkətlər üçün mənfəət vergisi tətbiq olunmur. Bu zonada işə götürülənlər üçün əmək haqqından gəlir vergisi tutulmur. Bütün bunlar üçün bir şərt var: emal ilə məşğul olan şirkətlər məhsullarının 85%-ni xaricə satmalıdırlar. Bu zonalardan Türkiyənin digər hissələri ilə ticarət Xarici Ticarət Rejimi qaydaları üzrə həyata keçirilir.

İxrac olu
nan mallara xüsusi sertifikat verilir və bu malların ölkədən aparılması üşün gömrük güzəştləri tətbiq olunur.

Azərbaycan hökumət rəsmilərinin ixracın stimullaşdırılması ilə bağlı açıqlamaları hələ ki, konkret olaraq hansı tədbirlərin görüləcəyini söyləməyə imkan vermir. Böyük ehtimalla,  ilk mərhələdə nəqliyyat və logistika sahəsində addımlar atılacaq. Eyni zamanda gömrük prosedurlarına yenidən baxılacaq.

Fikrimizcə,  Azərbaycan üçün qonuşü Türkiyənin təcrübəsinin əsas elementlərinin tətbiqi yaxşı nümunə olar bilər.

Eyni zamanda ixracla məşğul olan şirkətlərin güzəştli kreditlərlə təmin edilməsi, konsaltinq xidmətlərinin göstərilməsi də indiki halda çox zəruridir.

ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı danışıqların da tezliklə yekunlaşması olduqca vacibdir.

Zaur İbrahimli

Strateq.az