XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 December 2015 - 10:17

Əhali panikada – Dollar 2 manat oldu!
dollar-33.jpg
 
İkinci devalvasiyadan sonra ölkədə dollar böhranı davam edir. Bakıdakı valyutadəyişmə məntəqələri dollar satmaqdan imtina edirlər.
 
Onlar Mərkəzi Bank tərəfindən dollar verilmədiyini iddia edirlər.
 
“Qara bazar”da isə dollar artıq 2 manata satılmaqdadır. Artıq 28 may civarında fəaliyyət göstərən “qara bazar”çılar birinci gündən etibarən dolların 2 manatdan baha olacağını bildirərək, qiyməti 1.57-dən 2.00 manata qaldırıblar.
 
Hətta bəzi yerlərdə 1 dollar 2 manat 50 qəpiyə satılır. Qara bazarın bu dərəcədə aktivləşməsi Mərkəzi Bankdan hər zaman olduğu kimi məsələyə münasibət bildirilməməsi səbəb olub.
 
azadliq.info