XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2015 - 12:22

Cavid Qurbanovun planı reallaşır – Azərbaycan Bəndər-Abbası Qara dənizlə birləşdirir

cavid-qurbanov.JPG

Rusiyanın nəqliyyat naziri Maksim Sokolov Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin 3-cü Tehran görüşünün yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, müzakirə olunan layihələr dəniz, dəmir yolu, avtomobil və hava nəqliyyatı ilə yükdaşımalarını əhatə edib.  Bu layihələrdən bir hissəsi artıq reallaşdırılıb, digərlərini isə gələcəkdə həyata keçirmək nəzərdə tutulur. Bütün bunlar “Şimal-Cənub” Beynəlxalq Nəaliyyat dəhlizi çərçivsində tranzit yükdaşımaları üçün infrastruktur yaradılmasına imkan verir. Onun sözlərinə görə, bu nəqliyyat dəhlizindən yalnız Xəzəryanı ölkələr deyil, Pakistan, Hindistan, Avropa və Asiya ölkələri də faydlana biləcək.

M.Sokolov qeyd edib ki, növbəti iclaslarda gömrük xidmətləri, həmçinin yükdaşımalarda tariflərin müəyyən olunmasına cavabdeh qurumların da nümayəndələrinin iştira etmədi  ilə bağlı qərar qəbul olunub.

“Şimal-Cənub” Beynəlxaq Nəqliyyat Dəhlizinin Qərb-Azərbaycan üzərindən keçən marşrutunun daha səmərli işləməsi üçün bu həftə daha bir vacib addımı vurğulamaq olar.

İran.ru saytının məlumatına görə, İran Dəmir Yolunun baş direktoru Mohsen Purseyid Ağayi Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin 3-cü Tehran görüşünün yekunları ilə bağlı bildirib ki, Tehranın dəmir yolunun inkişafı ilə bağlı proqramları sürətlə reallaşdırması ikitərəfli razılaşmaları əhəmiyyətli regional proqramlara çevirir. O, İran, AzərbaycanGürcüstan arasında tranzit daşımaları ilə bağlı razılaşma üzərində işin başa çatdırılmasını danışıqların əsas nəticəsi kimi qeyd edib. Mohsen Purseyidin sözlərinə görə, tərəflər öz səylərini İranın Bəndər-Abbas  limanını Xəzər və Qara dənizlə birləşdirəcək nəqliyyat dəhlizinin inkişafına yönəltməyə qərar veriblər. Bu məqsədlə Birgə İşçı Qrup yaradılması nəzərdə tutulur. Bu İşçi Qrup yüklərin daşınması, nəqliyyat tariflərinin müəyyənləşdirilməsi, bu dəhlizlə yük daşımalarının həyata keçirilməsi üçün qrafikin müəyyənləşdirməsi ilə məşğul olacaq.

M.P.Ağayinin sözlərinə görə, layihənin ilkin mərhələsində ildə 3 milyon ton tranzit yük daşınmasının həyata keçiriləcəyi nəzərdə tutulur. Gələcəkdə isə bu göstərici ildə 10 milyon tona çatdırıla bilər.

Shimal-Cenub dehlizi-1.jpg

Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin bu ilin əvvəlində irəli sürdüyü təklifə əsasən Azərbaycan və İran dəmir yolları şəbəkəsinin birləşdirilməsi qərara alınıb. Bununla bağlı bu il dekabrın 7-də “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanıb.

21 dekabrda Tehranda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Astaraçay üzərində Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu körpusu tikinti layihəsi üzrə Azərbaycan və İİR Dəmir Yollarının İşçi Qurupunun iclası keçirilib. Qərara alınıb ki, Azərbaycandan İrana gedən istiqamətdə 1520 mm standartlı dəmir yolu xətti sağda, 1435 mm standartlı dəmir yolu xətti isə sol tərəfdə yerləşəcək. İrandan Azərbaycan istiqamətində isə 1520 mm standartlı dəmir yolu solda, 1435 mm standartlı dəmir yolu xətti isə sağda yerləşəcək.

Yolun Azərbaycan ərazisinə düşən 8,3 kilometrlik hissəsini və 1 körpünün tikintisini Azərbaycan tərəfi həyata keçirəcək.

Zaur İbrahimli

Strateq.az