XƏBƏR LENTİ

28 Sentyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2015 - 14:51

Rusiyada valyuta mübadiləsi qaydaları dəyişib – Pasport tələb ediləcək

Rusiya-Valyuta-Mubadile.jpg

Bu gündən etibarən Rusiya Mərkəzi Bankının valyuta mübadiləsi əməliyyatları ilə bağlı yeni qaydaları qüvvəyə minib. Yeni qaydalara görə, 15 min rubldan vəsait çox dəyişdirildikdə bank müştəriləri ad-soyadla yanaşı, qeydiyyat ünvanı, təvəllüdü, əgər varsa VöEN nömrəsi barədə məlumat verməli olacaq.

Anketi bank əməkdaşı dolduracaq, müştəri haqqında məlumat isə mübadilə əməliyyatından sonra 5 il müddətində saxlanacaq.

Valyutanı xarici pasportla da etmək mümkün olacaq. Bu zaman da qeydiyyat ünvanı barədə məlumat vermək lazım gələcək. 15000-dək rublu isə əvvəlki qaydada pasport təqdim etmədən dəyişmək olar.

Rusiya Mərkəzi Bankı yeni qaydaların məhdudlaşdırıcı xarakterli olmadığını açıqlayıb. Bankdan bildiriblər ki, bu tədbirlər “çirkli pullar”ın yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə tədbirləridir.

Strateq.az