XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2015 - 06:50

2015-ci ildə ən çox itirən milyarder

carlos_milyarder.jpg

“Forbes”-in məlumatına görə, 77,1 milyard dollarlıq sərvətiylə dünyanın ən varlı ikinci adamı olan meksikalı iş adamı Karlos Slim (Carlos Slim), 2015-ci ildə ən çox itirən milyarder olub.

“Bloomberg” Milyarderlər İndeksinə görə Slim, ilin əvvəlindən bu yana təxminən 20 milyard dollar, yəni Hondurasın iqtisadiyyatı qədər bir sərvət itirib.

Dünyanın dördüncü böyük GSM operatoru America Movil-in 2008-ci ildən bu yana ən böyük itkiyə məruz qalması, Slimin sərvətinin azalmasının ən əhəmiyyətli səbəbidir.

America Movil, Meksikanın özəlləşdirilən və 1990-cı ildə Karlos Slim tərəfindən satın alınan telekommunikasiya şirkəti Telmex-in GSM operatoru kimi 2000-ci ildə yaradılıb.

Şirkətin, sektorda 15 ildir davam edən hegomonluğu ölkədə çıxan yeni qanunla zəifləyib. Qanun, America Movile-in alt strukturunu digər şirkətlər ilə bölüşməsini zəruri edirdi.

Şirkətin ən böyük ikinci bazarı Braziliyadakı iqtisadi çətinlik, daxili bazarda artan rəqabət və Avropaya genişlənmək üçün məhdud imkanların olması America Movil-in zərbələrindəki ən mühüm amillər oldu. Slimin 57 faiz səhminə sahib olduğu şirkətin səhmləri bu il 18 faiz aşağı düşüb.

ABŞ-ın aktivlərin idarə edilməsi şirkəti “Macquarie Securities”in analitiki Kevin Smithene görə, son rübdə mənfəət marjası 40,3% nisbətində azalan Meksika bazarında qısa dövrdə investorları cəlb edəcək heç bir şey qalmayıb.

marja.az