XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2015 - 08:54

Mərkəzi Bank: “Dolların 2 manat olacağı barədə şaiyənin əsas yoxdur”

 

bank milli.png

Manatın məzənnəsinin növbəti dəfə devalvasiyası və 2 manat müəyyən olunacağı ilə bağlı 26-27 dekabr 2015-ci il tarixlərində – ötən şənbə və bazar günündə ictimaiyyət arasında yayılmış şayiələrin əsası yoxdur.

Bu barədə trend.az-ın sorğusuna cavab olaraq, Mərkəzi Bankdan verilən açıqlamada bildirilir.

Qeyd olunur ki, Mərkəzi Bank tərəfindən bəyan olunmuş “üzən məzənnə” rejiminə uyğun olaraq, manatın məzənnəsi valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq, formalaşdırılır.

Mərkəzi Bankın valyuta bazarında iştirakı “üzən məzənnə” rejiminə uyğun həyata keçirilir və hazırda valyuta bazarının tələbatı hərraclar vasitəsilə təmin olunur.