“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Bakıdakı mərkəzi ofisinə bankın Quba filialına bomba qoyulması ilə bağlı məlumat daxil olub.
Report.az-ın məlumatına görə, Quba Rayon Polis İdarəsinin əməkdaşları bankın ofisini nəzarətə götürüb, işçilər binadan kənarlaşdırılıb, hazırda əməliyyat tədbirləri davam etdirilir.
Quba Rayon İcra Hakimiyyətindən report.az-a bildirilib ki, Beynəlxalq Bankın filialı nəzarət altındadır.