XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2015 - 13:23

“Azəryolservis” Ziya Məmmədovdan alındı: Yeni sədr təyin edildi – SƏRƏNCAM

 

 

ilham rey.jpg

Prezident İlham Əliyevin sərəncamı ilə Saleh  Məmmədov “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Strateq.az bildirir ki, müvafiq  sərəncam bu gün imzalanıb.

Prezidentin digər sərəncamı ilə “Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında”  2007-ci il 22 fevral tarixli 1992 nömrəli Sərəncamında dəyişikliklər edilib.

Sərəncama əsasən, aşağıdakı dəyişikliklər edilib.

“Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli 1-ci hissəsindən “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyində” sözləri çıxarıır;

1.2. 3.5-ci bənd ləğv edilir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılır ki,  “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin yeni Nizamnaməsinin və strukturunun layihələrini bir ay müddətində hazırlayıb, Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin

2.2. “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən dövlət orqanları barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin balansında olan avtomobil yollarının “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsini bir ay müddətində təmin etsin;

2.4. bu Sərəncamın 2.3-cü bəndinə əsasən, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin balansına verilən avtomobil yollarının idarə olunması, təmiri, saxlanması, qorunması və yenidən qurulması xərcləri ilə bağlı illik büdcə vəsaitinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə ayrılmasını təmin etsin;

2.5. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.