XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2015 - 13:28

Jurnalist Rauf Mirqədirova 6 il həbs cəzası verildi – HÖKM

rauf mirqed.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Apa.az-ın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə olan prosesdə hökm oxunub. Hökmə əsasən, R. Mirqədirov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 6 il müddətinə azadlıqdan məhrum edilib.

 Onun vəkili Fuad Ağayev hökmdən apellyasiya şikayəti verəcəklərini açıqlayıb.

Qeyd edək ki, R.Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq, Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən, ittiham olunur. ötən il aprelin 19-da saxlanılan R.Mirqədirov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bundan sonra R.Mirqədirov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

Dövlət ittihamçısı Rauf Mirqədirovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.