“Hökümət 5 və ya 10 min dollara qədər kreditlərlə bağlı qərar qəbul ediləcək”.
Strateq.az bildirir ki, bu barədə Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bugünkü plenar iclasında bəyan edib.
Spikerin sözlərinə görə, banklarda dollarla krediti olan vətəndaşlarla bağlı məsələ planlı şəkildə həyata keçirməlidir.
“5 və ya 10 min dollara qədər kreditlərlə bağlı qərar qəbul ediləcək”.
O. Əsədov bildirib ki, məsələ hazırda araşdırılır və yaxın bir ay ərzində bununla bağlı tədbirlər planı açıqlanacaq:
“Azərbaycan xalqı bu tədbirlərin nəticəsini çox yaxşı hiss edəcək”.