XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2015 - 16:04

“2016-cı ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi dəyişikliklər baş verə bilər” – “Stratfor” proqnoz verdi

statfor-2.jpg

ABŞ-ın nüfuzlu  “Stratfor” kəşfiyyat-analitik şirkəti 2016-cı ildə dünyanın müxtəlif regionlarında geosiyasi vəziyyətin inkişafı ilə bağlı proqnozlarını açıqlayıb.

“Stratfor” Azərbaycan və Gürcüstanla bağlı da proqnozlarını təqim edib.

“Stratfor”un analitik icmalında qeyd olunur ki, 2016-cı ildə Dağlıq Qarabağ münaqişəsi  ilə bağlı ciddi dəyişikliklər baş verə bilər: “Uzun müddətdir ki, dondurulmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 2016-cı ildə ciddi dəyişikliklər baş verə bilər. Rusiya danışıqlar prosesində Ermənistan üçün iqtisadi və təhlükəsizlik təminatları müqabilində ərazilərin Azərbaycana qaytarılması ilə bağlı sövdələşmənin baş tutmasına çalışır. Moskvanın Cənubi Qafqazda addımları isə öz növbəsində bölgədə tarazlığın yaranmasına ABŞ və Türkiyənin diqqətini artıracaq. Əgər münaqişənin həlli ilə bağlı danışıqlar prosesi iflasa uğrasa, hərbi əməliyyatlar başlaya bilər. Bununla belə, Rusiyanın danışıqlar yolu ilə status-kvonu bərpa etməsi ehtimalı müharibnin başlaması ssenarisndən daha real görünür”.

“Stratfor”un analitikləri Gürcüstan təhlükəsizlik sahəsində Qərbdən təlimlərdə və ölkədə yaradılmış NATO-nun yeni Təlim Mərkəzində iştirak etməklə güclü dəstək alacağını qeyd ediblər: “Amma Gürcüstanın NATO-ya üzv olması məsələsi hələ də masada qalacaq. Gürcüstan strateji olaraq Qərbə istiqamətlənməsini saxlasa da, Rusiya ilə energetika, ticarət sahəsində əməkdaşlığını inkişaf etdirəcək”.

Strateq.az