XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Dekabr 2015 - 08:41

Mərkəzi Bank: “Yanvarın 5-də rəsmi məzənnə 1,5610 AZN/USD olacaq”

bank milli.png

Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 5-nə ABŞ dollarının rəsmi məzənnəsini 1,5610 AZN/USD səviyyəsində müəyyənləşdirib.

Bununla bağlı AMB rəsmi məlumat yayıb.

“Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq, tələb və təklif nəzərə alınmaqla manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi 5 yanvar 2016-cı il tarixi üçün 1,5610 müəyyənləşdirilib”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, bayramqabağı günlərdə AMB tərəfindən bankların valyutaya olan ehtiyacları keçirilmiş hərraclar vasitəsilə kifayət həcmdə təmin edilib.