XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

08 Oktyabr 2017 - 12:52

Uçan pilotsuz taksi və “ağıllı piyada keçidi” təqdim olunacaq –"Gitex" sərgisində

Dubayda "Gitex" sərgisində uçan pilotsuz taksi və "ağıllı piyada keçidi" təqdim olunacaq.

Məlumata görə, uçan taksi Almaniyanın "Volocopter" istehsalçısı ilə birgə yaradılıb.

Uçan taksilər Dubay hökümətinin planın bir hissəsi olacaq. Hökümətin planına görə, 2030-cu ilə qədər Dubayın bütün nəqliyyatının 25 faizi pilotsuz olacaq.

Pilotsuz taksi 2 sərnişin üçün layihələşdirilib. Maksimal uçuş müddəti 30 dəqiqə təşkil edir, orta sürət – saatda 50 kilometr, maksimak sürət – saatda 100 kilometr.

Bundan əlavə sərgidə "ağıllı piyada keçidi"də təqdim olunacaq. Bu keçiddə işıqforun əməliyyat sistemi yerüstü optik sistemə qoşulmuş ötürücülərlə işə salınır.

Ötürücülər piyadaların hərəkətlərini hesablayır və işıqforun siqnalını qalan zamanını avtomatik təshih edir. Bu isə piyadaların yolu təhlükəsiz keçməyini təmin edir

Qeyd edək ki, "Gitex" sərgisi bu gün başlayıb və oktyabrın 12-sinə qədər davam edəcək/Trend.