XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

30 Dekabr 2015 - 10:08

ABŞ-ın gizli siyahısı üzə çıxdı – Hansı siyasətçiləri izləyirlər?

ABŞ xüsusi xidmət orqanlarının gizli şəkildə izlədiyi siyasətçilərin adları açıqlanıb.

Strateq.az xəbər verir ki, bu barədə «The Wall Street Journal» qəzeti ABŞ-ın yüksək vəzifəli məmurlarına istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ prezidenti Barak Obama dost ölkə liderlərini izləməyə son verdiklərini bəyan etsə də, Ağ Ev bəzi siyasiləri diqqətdən kənarda saxlamaq istəmir.

Mənbə bildirib ki, siyahıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İsrail baş naziri Binyamin Netanyahu da var. Netanyahunun izlənilməsinin milli təhlükəsizlik maraqları çərçivəsində həyata keçirildiyi bildirilir.

Eyni zamanda ABŞ-da izlənilməsinə razılıq verilməyən liderlərin də siyahısı var. Bu siyahıya Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və bir neçə NATO ölkəsinin rəhbəri daxildir.