XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

01 Yanvar 2016 - 16:51

ATƏT-in yeni sədrindən açıqlama – Almaniya üçün Qarabağ əsas prioritet olmayacaq

alman qarabaq.jpg

“2016-cı ildə ATƏT-ə sədrliyi zamanı Almaniya üçün əsas prioritet mövzular Ukrayna böhranının tənzimlənməsi, terrorla mübarizə və insan haqlarının müdafiəsi olacaq”.

Strateq.az bildirir ki, bu barədə Almaniyanın Xarici İşlər naziri Frank-Valter Ştanmayer bəyan edib.  

“ATƏT bu çılğın zamanlarda heç vaxt olmadığı kimi tələb olunan olacaq. Biz ATƏT-in Şərqlə Qərb arasında dialoq körpüsü kimi rolunun möhkəmləndirilməsində maraqlıyıq”, – deyə nazir bildirib.

Berlin 2016-cı il üçün sədrlik proqramını yanvarın 14-də  ATƏT-in Vyanadakı iclasında təqdim edəcək.

Qeyd edək ki, 2016-cı ildə Almaniya bir il müddətində ATƏT-ə sədrlik edəcək. ATƏT-ə 57 dövlət daxildir.