XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

01 Yanvar 2016 - 17:21

Dağlıq Qarabağa ötən il 16 min əcnəbi turist gəlib – AÇIQLAMA

qarabaq turist.jpg

2015-ci il ərzində Azərbaycanın işğal olunumş Dağlıq Qarabağ regionuna MDB ölkələrindən, İrandan, Fransadan və ABŞ-dan olan 16 min turist gəlib.

Strateq.az bildirir ki, bu barədə separatçı qurumun “Turizm idarəsi”nin rəisi Sergey Şahverdiyan açıqlama verib. Onun sözlərinə görə, əcnəbi turistlər bu regionda mövcud olan mədəniyyət abidələrini ziyarət ediblər.  

Şahverdiyan bildirib ki, onlar artıq turistlərə otel xidməti də göstərə bilirlər.  Dağlıq Qarabağda 3 günlük gəzinti 120 dollara başa gəlir.

Başabəla qonşular müharibənin törətdiyi fəsadlardan da pul qazanmağa utanmırlar. Şahverdiyan bildirib ki, təşkil etdikləri turizmin bir növü “hərbi-tarixi turizm” adlanır. Ermənilər bu ad altında əcnəbi turistləri separatçı rejimin döyüşlərdə iştirak etmiş hərbi texnika ilə tanış edirlər.

Otel bələdçisi Arsuk Adamyan deyib ki, turistlər əsasən yay vaxtı gəlsələr də, 2015-ci ilin  dekabrında artıq mehmanxanalarda yer olmayıb.