Bu ilin 11 ayında Azərbaycanla Avropa İttifaqı ölkələri və ABŞ arasında əmtəə dövriyyəsi 10 milyard dollar təşkil edib. Bu da 2014-cü ilin müvafiq dövründə olduğundan 5 milyard dollar azdır.
Gömrük statistik hesabata görə, Aİ ölkələri və ABŞ ilə xarici ticarət dövriyyəsində ($18,8 mlrd.) ölkənin xüsusi çəkisi yanvar-noyabr aylarında 53,1% təşkil edib. Bu, ötən ilin həmin dövrünün göstəricisini 0,9% bənd üstələyir.
Aİ-nin payına Azərbaycan ixracının təxminən 60%-i ($6 mlrd. 336,7 mln.) düşür. Bu, əsasən xam neftdir. Aİ ölkələrindən $2 mlrd. 555,7 mln. həcmində mal gətirilib ki, bu da Azərbaycana idxalın üçdə bir hissəsinə bərabərdir.
Sözügedən müddətdə ABŞ-dan $773,4 mln. mal idxal edilib ki, bu da 2014-cü ilin yanvar-noyabr aylarında olduğundan 52,8% çoxdur.