XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

02 Yanvar 2016 - 12:29

Proqnoz: 2016-cı il Avropaya nə vəd edir?

Avropa-Ittifaqi-11.jpg

2015-ci il Avropa üçün hadisələrlə zəngin oldu. Bəs, onu 2016-cı ildə nə gözləyir? Hansı mövzular KİV-də əsas müzakirə mövzusu olacaq? “Alman dalğası”  (DW) Rus xidməti proqnozlarını təqdim edir.

Miqrant problemi

Qaçqınların kütləvi axını Avropa üçün əsl çağırış oldu. Təkcə Almaniyaya 1 milyondan çox insan sığınacaq axatarışı üçün üz tutdu. 2016-cı ildə miqrasiya siyasəti bir çox suallara cavab verməlidir.  Qaçınları Avropa ölkələri arasında necə paylamalı? Onlara Qərb cəmiyyətinə inteqrasiya etməkdə necə kömək etməli?  Sağ-populist hərəkatların nüfuz qazandığı Fransa, Polşa, Macarıstan kimi ölkələrdə toqquşmalardan necə qaçmalı? 2016-cı ildə Avropa İttifaqına sədrlik edəcək Hollandiya və Slovakiya da bu müzakirələrə ilk dəfə qatıalacaq.

Eyni zamanda bir sıra iqtisadi məsələlər də öz aktuallığını itirməyəcək.  Xüsusən,  Yunanıstandakı vəziyyət.  Avropa İttifaqı ölkələri iqtisadi islahatların aparılması üçün bir çox şərtlər irəli sürərərk, bunun müqabilində Yunanıstana 3-cü yardın paketi hazırlayıb.

Rusiyada seçkilər və NATO sammiti

Sentyabrda Rusiyada parlament seçkiləri keçiriləcək.  Bu seçkilər vahid namizədlər siyahsısı ilə seçkiyə qatılacaq müxalifət partiyaları Aleksey Navalnının Partiyası və RPR-PARANAS üçün çox əhəmiyyətlidir. Ukraynada da bu seçkiləri diqqətlə izləyəcəklər. İlhaq olunmuş Krım və Donbas bölgəsindəki vəziyyətə gəlincə isə, 2016-cı il bu böhranın başa catacağını vəd edtmir.

Ukrayna mövzusu NATO-nun bu il Varşavada 8-9 iyulda keçiriləcək sammitində də müzakirə mövzusu olacaq.  Bu sammitin əsas vəzifələrindən biri iştirakçı ölkələrin maraqları ilə bağlı kompromiss əldə olunmasıdır.  NATO-ya üzv Polşa kimi Şərqi Avropa ölkələri Alyansın Rusiyaya qarşı müdafiə siyasətinin güclənməsinə nail olmağa səy göstərirlər.  Türkiyə İraq və Suriyanın qonşusu kimi öz təhlükəsizliyinin təmin edilməsi məsələsini qaldıracaq. ABŞ isə Alyansda ümumi razılığın qorunmasında maraqlıdır.

Polşa Avropanın mədəni mərkəzi kimi

2016-cı ildə Avropanın mədəni paytaxtı Polşanın Vrostlav şəhəri olacaq.  Oder çayının sahlindəki şəhər qonaqları çoxlu innovasiyalarla sevindirmək niyyətindədir.  Vrostlav-2016 mədəni tədbirlər proqramında 2015-ci ildə yaradılmş Milli Musiqi Forumunun işi xüsusilə əhəmiyyətli olacaq.

Daha vacib tədbilərdən biri Krakov şəhərində baş tutacaq.  Burada 31-ci ümümdunya Katolik Gəncləri Günü keçiriləcək.  Bu görüşün əsas mövzusu Roma Papası Fransisk tərəfindən elan olunmuş “Mərhəmət”  olacaq. Bu tədbirə Roma papasının da qatılacağı gözlənilir.

İsveçdə Avroviziya müsabiqəsi və Marsda tədqiqatlar

2015-ci ildə keçirilən Avroviziya müsabiqəsinin qalibi isveç müğənnisi “Qəhrəmanlar” kompoziyası ilə Mons Zelmetlyov oldu. Təşkilatçılar vəd edirlər ki, bu ildə Stohkolma rekord sayda – 43 ölkənin təmsilçiləri olan müğənnilər gələcək. 2015-ci ildə ilk dəfə müsabiqədə iştirak edən Avstraliya Avroviziya müsabiqəsinin 60 illik yubileyi münasibəti ilə ikinci dəfə dəvət olunub. Ukrayna isə ölkədki ağlr vəziyyətlə əlaqədar ikinci dəfədir ki, müsabiqədə iştirakdan imtina edib.

14 martda isə, insanların nəzərləri səmaya dikiləcək.  Bu gün Rusiya-Avropa “Ekzomars” proqramı çərçivəsində rusların Baykonur kosmodromundan TGO orbital modulu start götürəcək. Ekspedisiyanın əsas məqsədi, Marsda həyat əlamətlərinin tapılmasıdır. Proqram bir neçə il üçün nəzərdə tutulub. 2018-ci ildə Marsa daha iki aparat göndərilməsi planlaşdırılır.

Futbol üzrə Avropa çempionatında təhlükəsizlik

10 iyunda başalayacaq futbol üzrə Avropa çempionatında rekord sayda komanda-24 ölkənin təmsilçiləri dəvət olunub. Gözlənilir ki, çempionatın əsas favoritləri sonuncu dünya çempionu Almaniya və ev sahibi Fransa olacaq.

ötən il 13 noyabrda Parisdə baş vermiş faciəli hadisələrdən sonra təhlükəsizlik tədbirləri gücləndiriləcək. Final matçı üçün terror aktlarının törədildiyi Parisin “Stad de Frans” stadionu seçilib.

Strateq.az