XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2016 - 09:11

“Yaxın Şərqdə məzhəb müharibəsi başlayacaq” – Rusiya mətbuatından sensasion iddia

“Yaxın Şərq savaşları artıq sünni-şiə müharibələrinə çevrilir”.

Bunu Rusiya mətbuatına açıqlamasında politoloq Vladimir Əhmədov söyləyib.

Onun sözlərinə görə, dünya artıq orta əsrlərə qayıdır: “Artıq müharibələrin əsas faktoru ərazilərin ələ keçirilməsi yox, dini faktor olub. Bu, regiondakı ən sərt konfliktlərlə bağlı uğurun əldə edilməsi imkanlarını aşağı salır. Ər-Riyad bundan sonra da ölkədəki şiə icmasını sıxışdırmağa başlayacaq. Proseslərin sonu dini müharibəyə çevriləcək və onun Rusiya və Mərkəzi Asiyaya yayılma imkanları böyükdür. Bu konfliktin yaxın zamanlarda həll ediləcəyi ilə bağlı heç bir optimist proqnoz vermək mümkün deyil. Əsas ümid müsəlman dünyasının əsl avtoritet şəxslərinə qalıb”. (axar.az)

Qeyd edək ki, Səudiyyə Ərəbistanı yanvarın 2-də şiə din alimi Ayətullah Nimr Baqir ən-Nimr daxil olmaqla 47 nəfəri edam edib. Bundan sonra Tehrandakı Səudiyyə Ərəbistanı səfirliyi yandırılıb. Səudiyyə buna cavab olaraq, İranla diplomatik əlaqələri kəsib və Tehran səfirinə ölkəni tərk etməsi üçün 24 saat vaxt verib.