XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 January 2016 - 13:31

Putinin ideoloqundan Avrasiya fətvası: “Şiələrlə həmrəylik rusların borcudur, şəhid şeyx Nimrə eşq olsun!”

duqin.jpg

“Şiələrlə həmrəylik və onlarla birgə ümumi düşmənlərimizə qarşı döyüşmək rusların borcudur”.

Strateq.az bildirir ki, bu sözləri Kremlin hazırkı siyasətinin ildeoloqu kimi tanınan, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin özünün sosial şəbəkədəki səhifəsində yazıb.

Onun fikrincə, ruslar şiələrlə birgə Suriyada, İraqda, Yəməndə, Bəhreyndəki ümumi düşmənlərinə qarşı bir yerdə olmalıdır.

“Rus-şiə alyansı sadəcə geopolitika deyil. Bu, dini tipdə olan dərin tərəfdaşlıqdır. Səudiyyənin amerikapərəst rejimi məhv edilməlidir. Bu, Avrasiya fitvasıdır. Şəhid olmuş şeyx Nimr ən-Nimrə eşq olsun!”, – deyə Duqin vurğulayıb.