XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2016 - 14:30

Dünyada bu qədər terrorçu haradan peyda olur? – Sürətli əhali artımının yaratdığı fəsadlar

 

Ali İtqtisadiyyat Məktəbi demoqrafiya İnstitutunun direktoru Anatoli Vişnevski “Yeqor Qaydar Fondu” və Saxarov Mərkəzinin təşkil etdiyi tədbirdə “Demorafiya və terrorizm” mövzusunda mühazirə oxuyub. Həmin mühazirənin mətnini Strateq.az-ın oxucularına təqdim edirik.

  

Bu iki mövzunun – demoqrafiya və terrorizim – birləşdirilməsi nə dərəcədə gözlənilən və yaxud gözlənilməzdir, bilmirəm. Lakin hazırda diqqəti, bax, məhz bu bağlılığa yönəltmək mənə əhmiyyətli göründü. Əlbəttə, demək istəmirəm ki, terrorizm ancaq demoqrafik hadisələr və yaxud proseslərlə şərtlənib. Mən qeyd etmək istəyərdim: hazırda müşahidə etdiklərimiz çoxdan gözlənilən idi və bunu əvvəlcədən görmək olardı. Təhlükəsizliyə sorumlu və bunu öncədən görməli olan mütəxəssislər və insanlar var. Onların bunu öncədən görüb-görmədiyini bilmirəm. Təəssüratlarıma görə, “bəli”dənsə, daha çox “xeyr”.

 

Heyrətli üçüncü dünya

 

Həyatımızdakı son dərəcə xeyli hadisə, o cümlədən terrorla bağlı olanlar, sözsüz ki, dünyada, təxminən, XX əsrin ortalarından, yəni II Dünya savaşından başlayaraq baş verən demoqrafik proseslərlə sıx bağlıdır. Kürəsəl perspektivlər baxımından ən dəqiqi demoqrafik patlayışdır. Yəni dünya əhalisinin son 50-70 ildə sürətli artımı. II Dünya savaşından sonra əhali 2,5 milyard idi ki, bu da ümumiyyətlə, az deyildi. İlk milyard yalnız XIX əsrin başlanğıcında qeydə alındı. Deməli, milyard – artıq bütün bəşəriyyətin tarixidir, sonra isə bu cür sürətlənmə və yarım əsr ərzində daha yarım milyard.

Sonra baş verənlər isə tamamilə inanılmaz idi. Əlbəttə, bunu birinci olaraq demoqraflar hiss etdilər. Məşhur fransız demoqrafı Alfred Sovi planetdəki demoqrafik proseslər haqda düşüncələrlə bağlı “üçüncü dünya” ifadəsini düşünüb tapdı. O (təkcə o yox) qeyd etdi ki, əhali artımı ilə bağlı nəsə qeyri-adi bir şey baş verir. Lakin sanki bizim gözləməli olduğumuz yerdə – kapitalist və sosialist ölkələrində deyil, haradasa “üçüncü dünya”da. Onun üçün “birinci dünya” kapitalist aləmi, “ikinci”, o vaxt deyildiyi kimi, sosalist dünyası idi.

Mən indi onun bu termini ilk dəfə işlətdiyi ifadəni oxuyuram: “Etinasız yanaşılan, üçüncü zümrə kimi istismar və nifrət edilən bu üçüncü dünya nəsə olmaq istəyir”.

Bu ifadə üçünücü dünyanı, üçüncü zümrəni yadımıza salmaqla bizi Fransa inqilabının dərslərinə yönəldir, son hissəsi isə – “nəsə olmaq istəyir” – İnternasionalın məşhur “heç kim olan hamı olacaq” sözlərinin parafrazıdır. Burada eyham var ki, bu dünya digər iki dünyadan sonra üsyana qalxa bilər. Bu, 1952-ci ildə deyilib.

Demoqrafik partlayışların səbəbləri çox sadədir. Bütün məsələ  burasındadır ki, XX əsrin II yarısında avropalı və amerikalıların Avropa və Amerikada ölümü süərtlə azaltmağa imkan verən nailiyyətləri inkişaf etməkdə olan ölkələrə çox sürətlə yayıldı. Və budur, bu gətirilmə vasitələrin köməyi ilə orada uşaqların, körpələrin, sonra isə böyüklərin ölümü sürətlə azalmağa başladı. Doğuş isə həmişəki kimi, yəni yüksək idi. O, həmişə və hər yerdə yüksək idi. Lakin Avropada bir müddət əvvəl – hələ XVIII əsrdən, Rusiyada isə sonralar azalmağa başlayıb.

İnkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrdə doğuşu necə azaltmaq haqda düşünərkən, Sovet İttifaqı öz maraqlrına zidd olaraq, əks mövqe tutdu. Təxminən, 150 il lazım oldu ki, – çiçək xəstəliyinə qarşı vaksinasiyanı tapmış Cennerin ilk kəşfindən tutmuş XX əsrin ortalarında antibiotikərin kəşfinədək, – ölümlə mübarizə üçün güclü mübarizə imkanları qazanılsın. Bununla belə, Avropa, Amerika və hansısa andan Rusiyada doğuş tədricən azaldı. Buna görə də XIX əsrdə Avropada demoqrafik partlayış baş verdi, lakin o qədər güclü deyildi. Avropa o zaman öz əhalisinin önəmli hissəsini Yeni Dünyaya əndərdi. İnkişaf etməkdə olan ölkələrdə bu, baş vermədi, çünki ölüm sürətlə azaldıldı, doğuşu isə bu cür tez azaltmaq mümkün deyil. Bunun üçün tədrici uyğunlaşma, yenidənqurma lazımdır. Demoqraflar və siyasətçilər bunu başa düşəndə demoqraik partlayışı necə əngəlləmək və nəhayət, dayandırmaq haqda düşünməyə başladılar.

Durum aydınlaşarkən, beynəlxalq ictmaiyyət – BMT, başqa qurumlar inkişaf etməkdə olan ölkələrdə ciddi nəticələrlə dolu olan əhali artımını durdurmaq üçün tədbirlər görməyə başladı.

İnkişaf etmiş bütün ölkələr inkişaf etməkdə olan ölkələrdə əhali artımının qabağını necə almaq haqda düşündüyü vaxt Sovet İttifaqı öz maraqlarına rəğmən zidd mövqe tutur və bu səylərə qatılmaqdan hər cür imtina edirdi.    

Mən yüksəkvəzifəli sovet məmurlarından birinin altmışıncı illərin ortalarına aid olan sözlərini misal gətirirəm. Bu məmurun sözləri demoqrafik məsələlərdə xeyli çəki kəsb edirdi. “1966-cı il dekabrın 10-da 12 dövlət (Hindistan, Malayziya, Güney Koreya, Tunis, İsveç, Yuqoslaviya və başqaları) ailənin planlaşdırılması siyasətinin yürüdülməsinin zəruriliyi haqda bəyannamə imzalayıb. Hökumət rəhbərlərinə dəfələrlə və təkidlə müraciət edən Rokfeller bu bəyannamənin altına imza qoyulmasına xeyli səy göstərib. Ailənin planlaşdırılması siyasəti məsələsində Rokfellerlərin səyləri tamamilə başadüşüləndir. Bu siyasətin geniş şəkildə həyata keçirilməsi döl əleyhinə vasitələrin satışından kapitaist inhisarçılarına nəhəng mənfəət vəd edir”.

Yazıq Rokfellerin daha qazanc yeri yox imiş!

Sovet hökuməti bu məsələnin ciddi-cəhdlə müzakirəsindən sonra – o cümlədən SSRİ Elmlər Akademiyasında – bəyannaməyə qoşulmadı və və cavabda göstərdi ki, əhali dinamikasının nizamlanmasının demoqrafik üsulları əsaslı deyil.  

Amerikalılar o zaman başqa mövqe tutur və beynəlxalq qurumların ailənin planlanmasına yönəlik təbliğat səylərini dəstəkləyirdi. Həm də buna getdikcə daha çox hökumət qoşulurdu.

Eyni zamanda qeyd etmək lazımdır ki, Amerika siyasəti də ardıcıl olmadı. Reyqanın və mühafizəkarların iqtidara gəlişindən sonra onlar bu siyasəti yığışdırdılar. Əsas da bu oldu ki, mühafizəkarlar həmişə abortun əleyhinə çıxıblar. Bu, Reyqanın seçki kampaniyası zamanı, az qala, başlıca vəd idi – Ali Məhkəmə 1973-cü ildə ABŞ-da abortlara icazə verəndən sonra abortu qadağan etmək. Lakin mühafizəkarlar indiyədək bunu etməyə nail omayıblar.

O zamanlar Birləşmiş Ştatların rolu çox da böyük deyildi, inkişaf edən ölkələr onun marağının nədən ibarət olduğunu başa düşdü. Hər bir ölkə ailənin planlanması siyasətini özünəməxsus şəkildə və müxtəlif uğur dərəcələri ilə həyata keçirtməyə başl
adı. Bu, uzun əhvalatdır, bu haqda danışmayacağam. Yalnız çini yada salacağam. Onlar sadə şəkildə, saymazyana hərəkət etdilər, lakin doğuşu olduqca sürətlə azaltdılar. İranın təcrübəsi az məlumdur və daha maraqlıdır.

 

“Amerika faşizminin qələbəsi”

 

Bir vaxtlar ptezidentimizlə onun birinci müddətində görüşmək  xoşbəxtliyinə nail oldum. Ona ölkələrin siyahısını göstərdim: BMT-nin proqnozuna görə, müxtəlif ölkələrin əhalisnin sayı necə dəyişiləcək və Rusiya birinci yerdən getdikcə necə daha çox aralanacaq. O, dərhal İrana fikir verdi, siyahıdan anladı ki, o bizi qabaqlamalıdır. Və dedi: “İran – ciddi məsələdir”.

Bu, 2000-ci ilin proqnozu idi. Bu proqnoza görə, İranın artımı qismən şişirdilmişdi, digər tərəfdən isə, ola bilsin, Rusiya əhalisinin azalma proqnozu şişirdilmişdi. BMT-nin proqnozu iki ildən bir yenidən nəzərdən keçirilir. Təxminən, həmin vaxt bir pravoslav saytında oxudum: “İran şahı Birləşmiş Ştatlarn böyük dostuydu… O öz dövlətində ailənin planlanması üzrə qaynar fəaliyyət göstərirdi. Təhsil nazirliyi məktəb proqramlarını yenidən nəzərdən keçirdi, seksologiya və kontrasepsiyaya aid məlumatlar daxil etməklə yeni dərsliklər buraxdı, müəllimləri yenidən hazırladı ki,  cinsi maariflənmə ilə məşğul ola bilsinlər. Minlərlə yüksəkmaaşlı tibb işçiləri “arzuedilməz uşaqlar”la mübarizə aparırdı… Lakin sonra şahı devirdilər və ayətullah Xomeyni plançıları qovdu. Ardınca isə onların amerikalı sponsorlarını da. Lakin, təəssüf ki, bu, nadir hadisələrdən idi. Etiraf etmək lazım gəlir ki, Amerika faşizimi ümumən qalib gəldi”.

Görünür, “Amerika faşizminin qələbəsi” altında ailənin planlanmasının yayılması nəzərdə tutulurdu.

Bəs ailənin planlanmsı və inkişaf etməkdə olan ölkələrdə bunun təbliği nə deməkdir? Ətraflı düşünülsə, Avropa ölkələri və Birləşmiş Ştatlar, Yaponiya ölümün azalmasına nail olub doğuşun da düşməsinə müvəffəq ola bilib və demoqrafik partlayış baş vermədi.

Biz hamımız – bu zalda olan və olmayanlar – doğuşu nizamlayırıq. Düşünürəm ki, burada iştirak edənlərin heç birinin XIX əsrdə Rusiya kəndlisinin aləsindəki kimi on uşağı olmayacaq.

İran şahı, həqiqətən də, ailənin planlanması siyasətini yürüdürdü, lakin uğursuz şəkildə həyata keçirtdi. İranda hansı özəlliklərin olduğu və effektin niyə olmadığını demək çətindir. Lakin İslam inqilabı baş verdi və ayətullah Xomeyni hakimiyyətə gəldikdən tam bir il sonra öz fitvasında elan etdi ki, döl əleyhinə vasitələrdən istifadə İslamın prinsiplərinə zidd deyil. İslam respublikası artıq onun ölümündən sonra çox effektli şəkildə ailənin planlanması siyasətini təbliğ etməyə başladı. İranda doğuş sürətlə azalmağa başladı.  

İnkişaf etməkdə olan ölkələrdə XX əsrin ortalarından başlayaraq doğuş azalır. çox ləng, lakin hər halda aşağı düşür. Bu azalma həmin ölkələrin hökumətlərinin səyləri sayəsində baş verir, onlar beynəlxalq qurumlardan həmişə hansısa dəstək əldə edir.

 

Georgi Neyaskin

Slon Magazine.ru, 02.01.2016