Rusiya Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Serqun vəfat edib.
Strateq.az bildirir ki, 58 yaşlı general–polkovnikin ölümü ilə bağlı prezident Putin başsağlığı verib. Serqun 2011-ci ildən bu vəzifəyə təyin olunmuşdu. 1984-cü ildə hərbi kəşfiyyatda xidmətə başlayan Serqun Sovet Ordusunun Hərbi Akademiyasının məzunu olub. 1998-ci ildə polkovnik rütbəsində Rusiyanın Albaniyadakı səfirliyndə hərbi attaşe vəzifəsində çalışıb.