XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2016 - 17:29

“Kaş ki, başlarını yaxşı işlər görməyə sərf edəydilər…” – Əli Kərimli

“Müxtəlif müəmmalı saytlarda dolların 2-3-5 manata olacağı haqda oxuduğunuz məlumatlar hakimiyyətin öz mətbəxindən yayılır. Dolların 2 manata və daha baha satıldığı “qara bazar”ı da yaradan özləridir”.

Strateq.az xəbər verir ki, bu sözləri AXCP sədri Əli Kərimli deyib.

AXCP sədri bildirb ki, bu yolla cəmiyyəti manatın devalvasiyadan sonrakı rəsmi məzənnəsiylə barışdırmaq istəyirlər:

“Həm də nəinki 1.55 azn = 1 dollar məzənnəsi ilə barışaq, eyni zamanda, ona etiraz etməyək, hətta 1.70 manata dollar tapanda sevinək. İkinci məqsəd də hər ehtimala qarşı bizi növbəti devalvasiya üçün psixoloji olaraq hazırlamaqdır. 

özümüz də bilmədən manatın növbəti ucuzlaşmasını gözləməyə başlayırıq. Kaş ki, ictimai fikri azdırmaq əvəzinə, başlarını yaxşı işlər görməyə sərf edəydilər…”

Strateq.az