XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

05 Yanvar 2016 - 05:05

ABŞ Rusiyanın Gürcüstandakı hərəkətlərini izləyir

Cozef-Dandorf.gif

Rusiyanın yeni qəbul olunan Milli Təhlükəsizlik Strategiyası ABŞ-ın mövqeyinə təsir etməyəcək.

Bu barədə ABŞ ordusunun Qərargah Rəislərinin Birləşmiş Komitəsinin rəhbəri, general Cozef Danford bildirib: “ABŞ Silahlı Qüvvələri Rusiyanın hərbi potensialının müşahidəsini dayandırmır.  Rusiyanın davranışları və onun nüvə, kibernetik imkanları nəzərə alınarsa, bizim müttəfiqlərimizə təhlükə yaradır”. 

C.Dandorfun açıqlaması Pentaqonun saytında dərc olunub.

O qeyd edib ki, ABŞ-ın Rusiyanın düşmənləri siyahısına daxil edilməsini Moskvada Vaşinqtonu təhlükə olaraq görüdükləri kimi dəyərləndirilməlidir.  Bununla belə, o etiraf dib ki, Rusiyanın yeni Milli Təhlükəsizlik Strategiyası ilə açıq mənbələr vasitəsilə tanış olub.

ABŞ generalı bildirib ki, Rusiyanın Krım, Gürcüstan və Ukraynadakı  hərəkətlərini xüsusilə diqqətdə saxlamaq vacibdir. Məhz buna görə, ABŞ özünün Avropadakı potensialını artırmaqda davam edir.

O, meydana çıxan problemlərin Rusiyadan olan həmkarları ilə mütəmadi müzakirə etdiyini də açıqlayıb: “Təcrübə göstərir ki, tərəflər arasında fikir ayrılığı olduğu zaman peşəkar münasibətləri saxlamaq lazımdır. Bu əlaqələr kiminlə iş görüdüyünü daha yaxşı anlamağa və eyni zamanda taktiki səhvlərdən qaçmağa imkan verir”.

Xatırladaq ki, 31 dekabr 2014-ci ildə Rusiya prezidenti Vladimir Putin yenilnmiş Milli Təhlükəsizlik Strategiyasını təsdiq edib.

Strateq.az