Bloomberg tərəfindən rəyi soruşulan ekspertlər 2016-cı ildə dolların digər valyutalara nisbətdə bahalaşacağını proqnozlaşdırıblar. Agentlik qeyd edir ki, ABŞ valyutası son 3 ildə dəyər qazanmaqda davam edir. Bu il isə dolların bahalaşmağı baxımından tarixi il ola bilər.
Bloomberg agentliyinin proqnozuna görə prezident Obamanın Ağ Ev sahibi kimi ikinci müddətində müşahidə olunan obrazlı ifadə olunsa “valyuta rallisi” Ronald Reyqan və Bill Klinton dövründən bəri sayca üçüncü olacaq. Bundan əvvəlki “valyuta yarışı”nın hər biri 5 il davam etmişdi. Bu baxımdan dolların bahalaşmağa davam edəcəyi ehtimalı yüksəkdir.
Agentlyin rəyini soruşduğu ekspertlərin fikirincə, dollar 10 inkişaf etməkdə olan ölkədən yeddisinin valyutasına nisbətdə dəyər artıra bilər. ABŞ valyutası Kanada dolları, Britaniya funt-sterlinqinə, Norveç kronu istisna olmaqla bütün valyutalara nisbətdə bahalaşa bilər.
Prezident Reyqan dövründə dollar 6 il boyunca bahalaşmaqda davam edib. Klinton dövründə isə dollar beş il ərzində möhkəmlənib.
Hazırda müşahidə olunan dolların bahalaşması isə ABŞ Mərkəzi Bankının 2013-cü ildə iqtisadiyyatın stimullaşdırılması üçün fövqəladə tədbirləri dayandırmasından sonra başlayıb.
Strateq.az