XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

05 Yanvar 2016 - 06:12

Neft Fondu 603 milyon manat qazana biləcəkmi? – Ekspert şərhi

samir aliyev.jpg

İqtisadçı-ekspert Samir Əliyev Dövlət Neft Fondunun 2016-cı ildə valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından təxminən 603 milyon manat qazanmaq niyyətinin gerçəkləşməsi ehtimalının az olduğu qənaətindədir.

Bununla bağlı açıqlamasında ekspert qeyd edib ki, Neft Fondunun 2016-cı ildə əsas strategiyası gəlirləri artırmaq üçün yüksək riskli və yüksək qazanclı aktivlərə yatırım etmək olacaq. Ya da manatın ucuzlamasına ümid edilir: “Fond 2015-ci ildə bu mənbədən 494,4 milyon manat qazanmalı idi. Ancaq otən ilin 9 ayında aktivlərdən qazanc cəmisi 51,2 milyon manat olub. 3-cü rübdə gəlir gözləntisindən 10,3% təmin edilən Fondun sonuncu rübdə gözləntisinin tam yerinə yetirilməsi möcüzə olardı. Hətta manat dəyərini 48% itirməsi də problemi həll etmək iqtidarında deyil.

Sual olunur, 37 milyard dollarlıq aktivlərin idarə olunmasından illik qazanc 494,4 milyon manat proqnozlaşdırıldığı halda, niyə 34 milyard dollarlıq aktivlərin qazancı 603 milyon manat proqnozlaşdırılıb?

Axı, aktivlərin böyük hissəsinə malik olan ABŞ dollarının yeni ildə də möhkəmlənməsi gözlənilir. Dolların bahalaşması paralel olaraq Amerika qiymətli kağızlarının gəlirliliyini də aşağı salacaq. Digər valyutaların (avro, rubl, yuan, lirə) isə ucuzlaşması proqnozlaşdırılır. Qızıl və daşınmaz əmlak bazarı 2016-cı ildə də yüksək qazanc vəd etmir.

Nəzərə alaq ki, neftin ciddi bahalaşması gözlənilmədiyindən aktivlərin nəinki indiki səviyyədə qalması, hətta azalması qaçılmazdır. Ən azı Mərkəzi Bankın çətin vaxtında Neft Fondunun dəstəyi vacib olacaq.

Belə çıxır ki, Neft Fondunun 2016-cı ildə əsas strategiyası gəlirləri artırmaq üçün yüksək riskli və yüksək qazanclı aktivlərə yatırım etmək olacaq. Ya da manatın ucuzlamasına ümid edilir. Əks halda neftin indiki qiymətləri ilə aktivləri qorumaq və büdcə gəlirlərini icra etmək çətin olacaq”.

Strateq.az