XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 January 2016 - 07:54

Gürcüstan İranla qaz danışığı apardığını təsdiqlədi: Boru Ermənistan üzərindən keçəcək

iran qazi.jpg

Gürcüstanın Energetika Nazirliyi İranla qaz təchizatı ilə bağlı danışıqlar apardığını təsdiq edib.

Strateq.az “Qruziya Onlayn”a istinadən bildirir ki, nazirliyin bu barədə yaydığı bəyanatda qeyd olunur.

“Hazırkı mərhələdə İranla təbii qazın ixracı ilə bağlı hər hansı saziş mövcud deyil. Təbii qazın nə zamandan ixrac olunacağı da hələ məlum deyil. Burda qeyd etmək lazımdır ki, İran dünyada qaz istehsal edən nəhəng ölkəsidir. Gürcüstanın sabit və kəsilməz enerji ilə təmin olunması üçün bütün potensial ixracatçılarla danışıqlar davam edir”, – deyə bəyanatda qeyd olunur.     

Qeyd edək ki, Tehran dünən Tbilisi ilə Ermənistan ərazisi üzərindən İran qazının nəqli ilə bağlı danışıqlar apardığını açıqlayıb. Press TV-yə açıqlamasında qazın ixracı üzrə İran milli şirkətinin baş direktoru Əli Rza Kamali bu barədə açıqlama verib.

Ermənistan hər il İrandan 500 milyon kubmetr qaz alır. Qazın pulu elektrik enerjisi ilə ödənilir.

Gürcüstanın əsas qaz idxalçısı Azərbaycandır. Amma ötən ildən başlayaraq, Tbilisi Rusiya və İranla danışıqlara başlayaraq alternativ axtarmağa başlayıb.