XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 January 2016 - 09:49

SSRİ-nin “xilas planı”nı yazmış məşhur siyasətçi: “Putinə alternativ tapın, ölkə xaosa sürüklənir”

yavlinski“ölkə Putinə alternativ görməyənə qədər  heç bir ümid yeri yoxdur. Alternativinin olmadığı rejimin öz səhvləri üzündən suqutu ölkəni xaosa sürükləyəcək”.

Strateq.az bildirir ki, bu barədə Rusiyanın “Yabloko” partiyasının sədri, Rusiyanın tanınmış müxalifət lideri Qriqori Yavlinski “Exo Moskvı”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, əgər 2016-cı ildə Putinin alternativi ortaya çıxmasa, bu, uçuruma doğru daha bir addım demək olacaq. “Vəziyyət isə elədir ki, istənilən addım sonuncu ola bilər. Alternativn yaradılması isə ayrıca mövzudur. Bu məsələ təzə ildə bizim üçün əsas məsələ olacaq“.

Yavlinskinin sözlərinə görə, hadisələr elə cəryan edir ki, Rusiyanın çoxsaylı xarici və daxili təhlükələr qarşısında dünyada tənha, vətəndaşlarının isə müdaifəsiz qalması aydın görünür.

“Rusiya 25 il ərzində müasir demokratik dövlət və effektiv bazar iqtisadiyatı qura bilmədi”- deyə siyasətçi qeyd edib.

Q.Yavlinskinin sözlərinə görə, dünyada hazırda iqtisadi-maliyyə və sosial sahədə ciddi dəyişikilər baş verir: “Ancaq Rusiyada bu məsələ heç praktik planda belə müzakirə edilmir. Nə alternativ enerji, nə özəl kosmos, nə virtual valyuta, texnologiya…”

Onun sözlərinə görə, dünyanın aparıcı iqtisadi gücləri arasında yeni rəqabətli yarış başlanıb. Rusiya və onun arxaik struktura malik, tamamilə təbii resurslardan asılı olan  iqtisadiyyatı isə bu yarışmaya qoşula bilmir: “İqtisadi inkişafın yeni dünya paradiqması Rusiyanı “qapı arxasında” saxlayıb”.

Xatırladaq ki, Qriqori Yavlinski sovet və rus siyasi xadimi, iqtisadçıdır.  İqtisad elmləri doktorudur. 1990-cı ildə SSRİ Nazirlər Sovetinin azad iqtisadiyyat şöbəsinin müdiri, RSFSR-in Nazirlər Sovetinin sədr müavini, iqtisadi islahatlar üzrə dövlət komissiyasının sədri olub. SSRİ iqtisadiyyatında islahatları nəzərdə tutan məşhur “500 gün” layihəsinin müəlliflərindəndir.

X.SƏFƏROĞLU

Strateq.az