XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

05 Yanvar 2016 - 10:23

İngilis mətbuatı Qərb dünyasını Səudiyyənin qabağında alçalmaqda suçladı – “Bu edamlar İŞİD-in üsuludur”

Səudiyyə Ərəbistanında 47 nəfərin, o cümlədən nüfuzlu şiə vaizi, şeyx  Nimr Baqir ən-Nimrin boynunun vurulduğu ictimai-kütləvi edam İŞİD-in cinayətlərinə tam uyğun gəlir. Bəlkə də məna elə bundan ibarətdir. Sünni müsəlman monarxiyasının ərazisindəki bu inanılmaz, böyük qalmaqal – şübhəsiz, iranlıları və bütün şiə dünyasını hirsləndirməyə yönəlib – İŞİD-in inadla sırıdığı dini münaqişəni daha da alovlandırdı. Təkcə edamların videoyazısı çatmır, lakin Səudiyyə Ərəbistanında keçən il baş tutmuş 158 edamın hamısı İŞİD-in vəhhabi təliminə tam uyğun gəlir. Maqbetin “qana qan” ifadəsini, sözsüz ki, hər şeydən göründüyü kimi, “terrorizmlə savaşı” istənilən qana haqq qazandıran səudlara da aid etmək olar. Lakin mərhəmətli Allahın mələkləri taxt-tacın varisi, indiki Daxili İşlər naziri Muhəmməd bin Nayəfə nə qədər tez-tez baş çəkirlər?

Şeyx Nimr təkcə sıravi vaiz deyildi. O, uzun illər ilahiyyatçı kimi Tehranda və Suriyada olub, Səudiyyə Ərəbistanının şərq əyalətində cümə ibadətlərinin dərin sayğılı, heç bir siyasi partiyanın tərəfini saxlamayan, lakin bununla belə, azad seçkilərin tətbiqini tələb edən və Səudiyyə Ərəbistanının sünni vəhhabi hökumətinə qarşı çıxış etdiyi üçün tez-tez həbsxanaya düşən və işgəncələrə məruz qalan şiə lideri idi. Şeyx Nimr deyirdi ki, söz zorakılıqdan güclüdür. Və səud hökumətinin bu edamda təriqətlərarası nifaqın nişanəsinin olmadığı haqda bəyanatı – həm şiələr, həm də sünnilər edam olunub – bu izahat İŞİD-in ritorikası üçün tipikdir.

Nəhayət, İŞİD-in yaraqlıları şiələri necə asanlıqla öldürürlərsə, sünni “dönüklər”i, Suriya sünnilərini və İraq əsgərlərini də bu cür qətlə yetirirlər. Şeyx Nimr onların əlinə düşsəydi, onunla eynilə Səudiyyə hökuməti kimi davranardılar – hərçənd onlar “Amnesty International” təşkilatının əleyhinə çıxdığı yalançı-leqal, məzhəkə məhkəməsiz ötüşərdilər.

Lakin bu edamlar səudların təkcə Səudiyyə Ərəbistanının keçmiş Daxili İşlər naziri – Muhəmməd Bin Nayəfin atası Əbdüləziz əl-Səudun ölümünə sevinən (“onu qurdlar gəmirəcək və ölümündən sonra cəhənnəmin bütün əzabları onu təhdid edəcək“) dini liderə nifrətinin təzahürü olmadı. Nimrin edamı Səudiyyə Ərəbistanının bu il müdaxilə etdiyi və şiələrin hökumətini məhv etmək ümidilə bombardmana başladığı Yəməndə husilərin yeni qiyamına səbəb olacaq. Artıq Bəhreynin şiə çoxluğu hiddətlənib. İranın dini liderləri isə bildiriblər ki, bu edam Səudiyyə Ərəbistanı kral ailəsinin devrilməsi ilə başa çatacaq.

Bu edam Yaxın Şərqin ən incə problemini – Krallığın düşmənlərinin yöndəmsiz edamına görə öz yumşaq rahatsızlığını ifadə etmək əvəzinə, Fars körfəzi ölkələrinin avtokratik və varlı monarxlarına yaltaqlanmaq zərurətini saxlamağı Qərbin qarşısına qoyacaq. İŞİD-in döyüşçüləri Rakkada sünni və şiələrin boynunu vursaydılar, şiə vaizi şeyx Nimri onlar edam etsəydilər, əmin olardıq ki, Devid Kemeron Twitter-də öz hiddətini ifadə edərdi. Lakin bu vəhhabi dövlətin son kralı ölərkən Britaniya bayrağını endirmək əmrini vermiş insan bu edamı şərh edərkən kəskin ifadələrdən hər yolla yayınacaq.

Səudiyyə cəlladları “Əl-Qaidə”dən nə qədər sünnini edam edir-etsin, Vaşinqton və Avropa paytaxtları qarşısında labüdən bir məsələ durur: Səudiyyə Ərəbistanı qərbli müttəfiqlərini bu cür qəddarlıq təzahürlərini dəstəkləməyə vadar etməklə, doğrudanmı, İranla nüvə proqramı üzrə sazişi məhv etməyə cəhd edir?

Onların yaşadığı dünyada – Yəmənə soxulmuş gənc Müdafiə nazirinin Daxili İşlər nazirinə kəskin antipatiya bəslədiyi Səudiyyə Ərəbistanında səudlar əsasən 34 sünni dövlətinin qoşulduğu “antiterror” koalisiyasına qatılmaqdan qürrələnməkdədirlər.

Söz yox ki, Səudiyyə Ərəbistanında 47 nəfərin edamı Yeni ili qeyd etməyin tamamilə misli olmayan nümunəsi oldu – demək olar ki, Dubayda ən yaxşı otellərdən birində baş vermiş yanğın nəticəsində əmələ gələn təmtəraqlı atəşfəşanlıq kimi mənzərəli tədbir oldu.

Baş vermiş hadisənin əsil siyasi səbəbindən ayrılsaq, səudların daimi xanədanına aid digər şəksiz sual meydana çıxır: görəsən, Krallığın hökmdarları ağıllarını itiriblər?

 

Robert Fisk

The Independent (Böyük Britaniya), 04.01.2016