XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Yanvar 2016 - 11:08

Dövriyyəyə yeni manat buraxılır? – Mərkəzi Bankdan rəsmi açıqlama (FOTO)

namiq-eliyev.jpg

Dövriyyəyə yeni manatın buraxılacağı haqda xəbərlər həqiqəti əks etdirmir.

Bunu Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev sosial şəbəkələrdə dövriyyəyə yeni manatın buraxılması barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib. MB sözçüsü bu barədə müzakirələrin belə getmədiyini qeyd edib:

“Hətta yeni əsginazların “fotolarını” da dərc ediblər. Bütün bunlar yalan və əsassız xəbərlərdir, heç bir əsası yoxdur”(Axar.az).

Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi saytlarda yayılan xəbərlərdə yeni pulların Almaniyada çap ediləcəyi bildirilib və hətta yeni əsginazların fotoları da düzəldilib.