XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

27 Noyabr 2017 - 09:10

Türkiyədə ardıcıl iki zəlzələ oldu –Muğla və Bingöldə

Türkiyədə ardıcıl iki zəlzələ qeydə alınıb.

Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir. 3,0 bal gücündə ilk zəlzələ ölkənin qərbində, Muğla şəhərindən 24 km cənub-şərqdə qeydə alınıb. Onun ocağı 5 km dərinlikdə yerləşib.

İkinci zəlzələ ölkənin şərq bölgəsində, Bingöl şəhərindən 25 km şimalda qeydə alınıb. 3.2 bal gücündə olan yeraltı təkanların ocağı 5 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb/APA.