XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2015 - 09:56

NATO Rusiyanı “bəşəriyyət üçün böyük təhlükə” adlandırdı

NATO katib.jpg

NATO baş katibi Stoltenberq Rusiya Federasiyasını “bəşəriyyət üçün əsas təhlükələrdən”  biri adlandırıb.

Strateq.az “Defense News”-a istinadən bildirir ki, Baş katib Moskvanın Suriya müharibəsində iştirakını pisləyib.

“Bu gün bəşəriyyət qarşısında əsas təhlükələr Suriyadakı müharibə, Rusiyanın bu müharibədə iştirakı, “ərəb baharı”nın nəticələri və Ukraynaya qarşı Rusiya təcavüzüdür”.

NATO baş katibi qeyd edib ki, insanlıq öz  tarixində ən böyük təhlükəsizlik problemi ilə üzləşib.

“Bunlar çətindir, bir-biri ilə bağlıdır. “Ərəb baharı”nın gözləntiləri zor və ekstremizmlə əvəz olundu. Rusiya Krımı qeyri-qanuni olaraq özünə birləşdirdi, Ukraynanın şərqini qeyri-sabitlikdə saxlamaqda davam edir. Hazırda isə Suriyada müharibəyə girib”.

Baş katibin sözlərinə görə, Alyans Rusiya ilə münasibətlərinə yenidən baxır.

“Biz Moskva ilə münasibətlərimizə yenidən baxırıq. Konstruktiv dialoq üçün ən yaxşı əsas güclü müdaifə sistemidir”.  

Stoltenberq həmçinin bəyan edib ki, NATO özünün şərq qonşularının daha da güclü olması üçün Ukraynaya, Gürcüstana və Moldovaya yardımı davam etdirəcək.

X. Səfəroğlu