XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2015 - 10:49

MTN ləğv edildi, iki yeni xidmət yaradıldı – SƏRƏNCAM, FƏRMAN

mtn-bina-5.jpg

Bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında Fərman imzalayıb.

Fərmana əsasən, hər iki qurum Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılır.

Sənəddə Dövlət Təhlükəsizliyi Xarici Kəşfiyyat xidmətlərinə tapşırılır ki, əsasnamələrinin layihələrini, strukturları və işçilərinin say tərkibi barədə təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etsinlər.

Nazirlər Kabinetinə isə Azərbaycan Respublikasının 2015-ci il və 2016-cı il dövlət büdcələrində Milli Təhlükəsizlik Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin həmin illərdə fəaliyyətinin maliyyələşməsi, hər iki qurumun fəaliyyətinin təşkili üçün maddi-texniki təminat yaradılması və bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

* * *

Bu gün Prezident İlham Əliyev daha bir sərəncam verib.

Strateq.az xəbər verir ki, bu sərəncama qədər Milli Təhlükəsizlik naziri vəzifəsinin icra edən general Mədət Quliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.