XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

06 Yanvar 2018 - 18:22

Vəkillər Kollegiyası 18 yeni vəkilə vəsiqə verib

Ötən gün Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunmuş 18 yeni vəkilə vəsiqələr təqdim olunub. 

Qurumdan "Report"a verilən məlumata görə, vəkillik fəaliyyəti haqqında qanunvericiliyin tələbinə uyğun olaraq, şifahi müsahibədən uğurla keçmiş vəkillər tərkib etibarilə sabiq vəkillərdən, hakimlərdən, habelə hakimliyə qədərki dövrdə vəkillik fəaliyyəti ilə məşğul olan hüquqşünaslardan ibarətdir.

Tədbiri Vəkillər Kollegiyasının sədri Anar Bağırov açaraq ölkəmizdə vəkilliyin cari vəziyyəti, vəkillik peşəsinin nüfuzunun artırılması istiqamətində görülən işlərə və gələcək planlar barədə tədbir iştirakçılarına məlumat verib.

Tədbirin sonunda vəkillərə vəsiqələr təqdim olunub, onlara öz fəaliyyətlərində uğurlar arzulanıb və vəkillik peşəsini həyata keçirərkən yüksək vəkil adını daim uca tutmaları sədr tərəfindən vəkillərə tövsiyə olunub.