XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

17 Yanvar 2018 - 18:57

Meksika ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq əlaqələri qurulub

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini təhsil sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədilə Təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramovla görüşüb.

Səfirlikdən Strateq.az saytıına bildiriblər ki, tərəflər keçən ilin oktyabr ayında imzalanan təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlığa dair hökümətlərarası Sazişin hər iki ölkə arasında qeyd olunan sahələr üzrə əlaqələrin inkişafına töhfəsini vurğulayıb. Əlaxsus turizm və energetika sektorları ilə bağlı öyrənilən sahələrdə qarşılıqlı marağı şərh edərək səfir Labardini qeyd edib ki, bu günə kimi Meksika ilə Azərbaycanın müxtəlif universitetləri arasında əməkdaşlıq əlaqələri artıq qurulub və bu baxımdan, təhsil və peşə tərcübələrinin mübadiləsi hər iki tərəfin xeyrinədir.

Bundan əlavə, beynəlxalq tədbirlər çərçivəsində təhsil sektorunun təmsilçiləri arasında mümkün görüş, eyni zamanda, Meksika ilə Azərbaycanda xarici tələbələrə təqdim olunan müxtəlif imkanlar haqqında danışılıb.

Səfir Labardini, öz növbəsində, Meksikada təhsilin yeniliklərinə diqqət yetirib və hazırkı təhsil islahatının məqsədləri haqqında məlumat verib. Eyni zamanda, ölkəsində təqaüd proqramlarına aid bəzi məsələlərə aydınlıq gətirib. Bildirib ki, Meksika təhsil islahatı sayəsində savadlılığın inkişafına mane olan elementlərin aradan qaldırılması mümkün olub. Bununla da, bu gün Meksikada 900 min tələbə texnologiya sahəsi üzrə ali təhsil almaqdadır.

Strateq.az