XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

16 Fevral 2018 - 17:58

Hindistan səfiri cənub bölgəsində olub

Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana cənub bölgəsinə, Astara və Lənkərana səfərdə olub.

Strateq.az xəbər verir ki, bölgə rəhbərləri ilə görüşlərdə iqtisadi inkişaf üzrə atılan mühüm addımlara dair məlumat əldə edilib, Azərbaycan və Hindistanın bölgələri arasında əməkdaşlıq imkanlarını müzakirə olunub. 

Astara rayonu icra başçısı Qəzənfər Ağayev ilə görüşdə səfirə kənd təsərrüfatı istehsalının hərtərəfli inkişafı üçün səylər və Hindistan və Asiyanın digər ölkələrini Azərbaycan, Rusiya və İran ilə birləşdirəcək Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə yaradılmış infrastruktur haqqında məlumat verilib. Səfir həmçinin, turizm imkanlarının inkişaf etdirilməsi üçün Astarada inşa edilməkdə olan dənizkənarı bulvarı da ziyarət edib.

Lənkəran rayonu icra başçısı Taleh Qaraşov ilə görüşdə səfir Rana çəltik, çay və sitrus meyvələrinin məhsuldarlığının artırılması üzrə atılan addımlar haqqında məlumat alıb. Səfir Lənkəranda "Gilan Holding"ə məxsus sitrus meyvələri plantasiyası, Yaşıl Şərq çəltik sahələri, Lənkəranın “Cənub-Agro” çəltik emalı zavodu və “Yaşıl Çay” çay plantasiyalarına olub. O həmçinin, yüksək keyfiyyətli qazanlar və istilik maşınlarının istehsalı üzrə tanınmış “Lənkəran Mexanikləşdirmə” istehsal fabrikini də ziyarət edib. Hindistanlı diplomat Hirkan Milli Parkına baş çəkib, bu nüfuzlu milli qoruğun flora və faunası, bir neçə bulaqları və məşhur Xanbulaq su anbarı olan bu bölgənin turizm imkanları haqqında məlumatlandırılıb.

Görüşlərlərdə səfir kənd təsərrüfatı, Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişaf etidirilməsi və sənaye layihələri daxil olmaqla Hindistan və Azərbaycan arasında iqtisadi və ticari sahələrdə daha böyük əməkdaşlıq imkanlarını müzakirə olunub.

Strateq.az