XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

22 Fevral 2018 - 23:09

Putin bir sıra ölkələrin nümayəndə heyəti ilə görüşüb –Azərbaycanı mərasimdə general Kərim Vəliyev təmsil edib

Rusiya prezidenti Vladimir Putin bu gün Vətən Müdafiəsi Gününə həsr edilmiş təntənəli gecədə bir sıra ölkələrin, o cümlədən Azərbaycan nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya prezidentinin mətbuat xidmətinin məlumatında deyilir ki, ölkə başçısı Kreml dövlət sarayında təntənəli gecəyə dəvət olunmuş Azərbaycan, Venesuelan, Qazaxıstan, Qətər, Monqolustan, Serbiya, Özbəkista, Belorussiya, Qırğızıstan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.

Azərbaycan nümayəndə heyətini gecədə müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev təmsil edir.

Vladimir Putin hərbi qulluqçuları, mülki personalı və Silahlı Qüvvələrin veteranlarını bayram münasibətilə təbrik edib/Teleqraf.com.