XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

23 Fevral 2018 - 12:58

Bakıda Küveytin dövlət müstəqilliyinin 57-ci ildönümü qeyd edilib –FOTO

Küveyt Dövlətinin Azərbaycandakı səfirliyi ölkənin milli bayramı – dövlət müstəqilliyinin 57-ci ildönümü münasibəti ilə rəsmi qəbul təşkil edib.

Strateq.az xəbər verir ki, səfir Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi çıxışında bildirib ki, bu əlamətdar gün eyni zamanda ölkənin  işğaldan azad olunmasının 27-ci və Küveyt Dövlətinin əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın hakimiyyətə gəlişinin 12-ci ildönümünə təsadüf edir.

Ölkələrimzi arasındakı əməkdaşlığa toxunan səfir qeyd edib ki, Küveyt- Azərbaycan əlaqələrində  son illər nəzərəçarpacaq inkişafa nail olunub: “Bu, bir daha iki ölkənin siyasi rəhbərliyinin əlaqələri daha da inkişaf etdirmək və genişləndirmək əzmində olduğunun sübutudur”.

Diplomat, ötən illər ərzində hər iki ölkə rəsmiləri tərəfindən bir sıra qarşılıqlı səfərlərin həyata keçirildiyini də xatırladıb. Əlavə edib ki, bu sahədə əldə olunan ən mühüm nailiyyətlər sırasında iki ölkə arasında hökumətlərarası birgə komissiyanın uğurlu fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Səfir bildirib ki, bu nailiyyətlər Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu ildə Küveytə rəsmi səfəri zamanı qəbul olunan qərarların icrasının nəticəsində mümkün olub.

Onun sözlərinə görə, 2016-cı il noyabr ayında ölkələrimiz arasında müxtəlif səviyyələrdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə töhfə verəcək böyük nailiyyətlər əldə edilib. Belə ki,  Küveyt və Azərbaycan arasında hava əlaqəsi haqqında hökumətlərarası saziş imzalanıb. Bu da  ölkələr arasında iqtisadi, ticarət, investisiya qoyuluşu və turizm sahələrində səmərəli əməkdaşlığın daha da möhkəmlənməsinə öz töhfəsini verməkdədir.

Hal-hazırda hər iki ölkədən mülki aviasiya şirkətlərinin həftədə 6 reys həyata keçirdiyini deyən səfir gələcəkdə reyslərin daha da artırılmasının gözlənildiyini vurğulayıb.

O, həmçinin qeyd edib ki, keçən ilin 6 ayı ərzində Küveytdən Azərbaycana gələn turistlərin sayı 2016-cı ilin eyni dövrü ilə müqayisədə 9 dəfəyə yaxın artaraq 16 min 477  artıq təşkil edib.

Azərbaycan hökuməti adından Küveyt xalqını bayram münasibəti ilə təbrik edən gənclər və idman naziri Azad Rəhimov da son zamanlar ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini deyib. Nazir Azərbaycan və Küveyt arasında siyasi əlaqələrin, ikitərəfli formatda və beynəlxalq səviyyədə əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib. Onun sözlərinə görə, Küveytin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini daim dəstəkləməsi Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilir.

L.SƏMLA

Strateq.az