XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

20 Mart 2018 - 22:44

Şimali Koreya lideri Putini təbrik etdi:"Bu qələbə xalqın Sizə olan dəstəyidir"

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In Rusiyada keçirilən prezident seçkilərində qalib gələn hazırki prezident Vladimir Putini təbrik edib.

Rusiya mətbuatı xəbər verir ki, Şimali Koreya lideri Moskva və Pxenyan arasında olan dostluq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edib. Kim Çen In bu qələbəni xalqın Putinə olan dəstəyinin nəticəsi kimi qiymətləndirib.

Qeyd edək ki, martın 18-də Rusiyada keçirilən prezident seçkilərində Vladimir Putin 76,51 faiz səs toplayaraq yenidən prezident seçilib/Teleqraf.com.