XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

07 Aprel 2018 - 17:12

“Kəpəz” Gəncədə “Keşlə” ilə heç-heçə edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start verilib.

“Report”un məlumatına görə, IV dövrənin ilk oyununda “Kəpəz” Gəncə şəhər stadionunda “Keşlə”ni qəbul edib.

Turnir cədvəlinin son pillələrində qərarlaşmış komandaların görüşü heç-heçə ilə yekunlaşıb – 1:1. Hesabı 25-ci dəqiqədə qonaq komandadan Vaqif Cavadov açsa da, fasilə ərəfəsində Dario Frederiko bərabərlik qolunu vurub.

Gəncə qarşılaşması iki komanda arasında yubiley oyunu olub. Komandalar 30-cu dəfə üz-üzə gəliblər. Beləliklə, xallarını 18-ə çatdıran “Keşlə” “Kəpəz”i yenə 6 xal geridə qoyub.

Komandalar oyunu bu heyətlə keçiriblər:

“Kəpəz”: 22. Sergey Litovçenko, 15. İqor Korotetski, 13. Şəhriyar Rəhimov (k.), 4. Şəhriyar Əliyev, 18. Tural Cəlilov, 91. Dario Frederiko, 20. Tərzin Cahangirov, 7. Roman Hüseynov, 8. Samir Zərgərov, 9. İlkin Sadıqov, 24. Şandon Vinçester

Ehtiyat oyunçular: 1. Davud Kərimi, 55. Tərlan Qasımzadə, 5. Tural Nərimanov, 12. İlyas Səfərzadə, 2. Yusif Cəfərov, 21. Murad Səttarlı, 10. Tural Rzayev, 11. Kamran Abdullazadə, 6. Ceyhun Cavadov

Baş məşqçi: Yunis Hüseynov

Keşlə: 15. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 7. Vaqif Cavadov, 14. Andre Klennon, 21. Herve Tçami, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 90. Ebrima Sohna

Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 19. Pablo Podio, 22. Məqsəd İsayev, 40. Nemanya Stoyanoviç, 39. Əlibəy Məmmədli, 90. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev

Baş məşqçi: Yuri Maksimov

Qeyd edək ki, günün digər oyununda “Qarabağ” “Səbail”i qəbul edəcək. Tura isə aprelin 8-də “Zirə” – “Qəbələ” və “Neftçi” – “Sumqayıt” matçları ilə yekun vurulacaq.