Hazırda Azərbaycan banklarının kapitalı böhrandan əvvəlki dövrün göstəricisini üstələyir”.
“Report” xəbər verir ki, bunu Bakıda keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF-2018) Maliyyə Bazarlarına Nəzarət Palatasının xarici nəzarət idarəsinin rəisi Taleh Nəhmədov deyib.
“İqtisadiyyatın şaxələndirilməsi bank sektoruna da təsir edib. Hazırda sektorda müsbət meyllər müşahidə edilir”, – deyə o, qeyd edib.
Bundan başqa, T.Nəhmədovun sözlərinə görə, ötən il aparılmış islahatlar nəticəsində iqtisadi artım, o cümlədən qeyri-neft sektorunda artımn bərpa edilib. Qiymət artımının səviyyəsi 12%-dən 4%-ə düşüb. Uçot dərəcəsi tədricən azaldılır, ölkənin strateji valyuta ehtiyatları artır.
“İqtisadi trendlər bank sektoruna təsir edir. Maliyyə sektorunun 90%-ni təşkil edən banklar ötən il 5 mlrd. manat kredit verib. Bunun 64%-i biznesə yönəldilib”.