XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 İyun 2018 - 11:48

Seysmoloji Xidmət:"Zəlzələdən sonra Zaqatalada 75 təkan qeydə alınıb"

Ötən gün Zaqatalada baş vermiş zəlzələdən sonra 75 təkan qeydə alınıb.

Bunu Trend-ə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

Onun sözlərinə görə, qeydə alınan təkanların hamısı hiss olunmayan kiçik təkanlar olub.

V.Rafiqqızı qeyd edib ki, Zaqataladakı zəlzələ ətraf rayonlarda yerləşdiyi məsafədən fərqli olaraq 4-5 bal gücündə hiss edilib.

Qeyd edək ki, dünən saat 22:40-da Zaqatala ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bala qədər hiss olunub.