XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 June 2018 - 12:09

Şamaxıda güclü sel –Bağlanan yol və körpüdə hərəkət bərpa olundu

Şamaxı rayonunda güclü leysan yağışları nəticəsində dağılan yol bərpa edilib.

Bu barədə Trend-ə Şamaxı rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin əməkdaşı İrşad Osmanov bildirib.

O qeyd edib ki, hadisə nəticəsində kəndlərdən mərkəzə gedən yollarda yaranan problemlər aradan qaldırılıb: “Güclü leysan yağışları nəticəsində Mədrəsə kəndindən mərkəzə doğru gedən yolda körpünü su basmış, yol bağlanmışdı. Dərhal əraziyə texniki avadanlıqlar cəlb olunub və yol bərpa edilib. Hazırda yollarda heç bir problem yoxdur. Nəqliyyatın gediş-gəlişi təmin edilib”.

Xatırladaq ki, ötən gün yağan güclü yağış nəticəsində Şamaxı rayonunun Mədrəsə kəndindən rayon istiqamətində olan avtomobil yolunu su basmış, yolun üzərindəki körpünü lil bağlamışdı.